Bazar günü günü, 08 noyabr 2026
     

Zəbt edilmiş ərazilərdəki erməni ordusu Azərbaycanın hücumu olmadan çökür

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli  istiqamətində aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan problemin güc yolu ilə çözüm hüququndan istifadə edəcəyini ən yüksək səviyyədə bəyan edib. Elə beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın fəaliyyətinin tam legitim xarakter daşımasını özündə ehtiva edir. Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündən sonra isə problemin hərb, yoxsa dinc müstəvidə həllini tapacağı daha dəqiq şəkildə bəlli olacaq.

Amma bu gün birmənalı həqiqətdir ki, Ermənistan üçün ən böyük qorxu elə Qarabağ münaqişəsinin güc yolu ilə çözülə biləcəyidir. Real vəziyyətin təhlili göstərir ki, ermənilərin bu qorxularını şərtləndirən əsas məqam ordularına olan güvənin tam şəkildə itməsidir. Ölkədə hakimiyyət dəyişikliyindən sonra orduda hansısa müsbət istiqamətdə yeniliklər olacağına dair gözləntilər də özünü doğrultmayıb. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən ordu hissələrində vəziyyət daha acınacaqlıdır. Digər tərəfdən, Nikol Paşinyan iqtidarının da Qarabağdakı hərbçilərə münasibəti birmənalı deyil. Söhbət buradakı hərbi hissələrin rəhbərlərindən gedir. Paşinyan onları keçmiş iqtidarın əsas dəstəkçiləri qismində qəbul edir. Məhz bu fonda yayılan məlumatlara əsasən, Paşinyanın təkidi ilə işğal altında olan ərazilərdə istefaya göndəriləcək erməni hərbçilərin sayı artır.

Artıq erməni mediasında Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun qanunsuz hərbi birləşməsində bir sıra yüksək vəzifəli hərbçilərin istefaya göndəriləcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, istefaya göndəriləcək yüksək vəzifəli hərbçilər arasında “1 Mart” cinayət işi çərçivəsində İrəvana dindirilməyə çağrılan hərbi birləşmənin komandir müavini general Samvel Karapetyan, digər müavinləri Qarik Safaryan və Vardan Balayan da var. Lakin bu addımın qanunsuz hərbi birləşmədə həyata keçiriləcək “böyük təmizləmə” əməliyyatının başlanğıcı olduğu qeyd olunur. Bu əməliyyatın digər qurbanları “peşəkar” hərbçi kimi tanınan Slavik Danielyan, hərbi birləşmənin arxa cəbhə üzrə müavini Boris Davidov və digərlərinin də olacağı, lakin bu dəyişikliklərin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir. Erməni mediası yazır ki, “Qarabağ klanı”na yaxın olan bu şəxslərin ordudan uzaqlaşdırılması silahlı qüvvələr üçün yeni böyük zərbə olacaq.

Digər tərəfdən, onsuz da təchizat və şəxsi heyət baxımından zəbt olunmuş ərazilərdəki hərbi hissələrdə vəziyyət Ermənistanla müqayisədə daha acınacaqlıdır. Məsələn, elə erməni mənbələrinin yaydığı  məlumata əsasən, işğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında baxımsızlıq və tibbi ləvazimatların çatışmazlığı səbəbindən xəstələnmə halları çoxalıb. Xəstələrin komandirlər tərəfindən müalicəyə göndərilməsi yenə müşkül məsələyə çevrilir. Bunun ən əsas səbəbi isə ön xətt bölmələrində döyüş növbətçiliyinə cəlb ediləcək şəxsi heyətin çatışmamasıdır. Məlumatda deyilir ki, neçə gündür xəstəlikdən və yüksək hərarətdən əziyyət çəkən, hava hücumundan müdafiə bölmələrində xidmət edən erməni hərbi qulluqçu Aşot Qrutyanın müalicəyə göndərilməsi yalnız onun valideynləri bir çox yerlərə şikayət etdikdən sonra mümkün olub. Həkimin dediyinə görə, müalicəsi intensiv terapiya bölməsində davam etdirilən əsgər A.Qrutyanın sağlamlıq durumu stabil ağır olaraq qalır. O da bildirilir ki, xəstə əsgərin müalicəsi üçün tələb olunan dərmanlar da onun valideynləri tərəfindən alınır.

“Jamanak” qəzeti isə diqqəti bu fonda ona yönəldir ki, Nikol Paşinyan baş nazir postunu tutduqdan sonra etdiyi kadr dəyişiklikləri də orduda vəziyyətin müsbətə doğru dəyişməsinə gətirib çıxarmayıb. Əksinə, orduda döyüş və qeyri-döyüş şəraitində itkilər davam edir. Erməni ekspert Ara Zohrabyan isə Nikol Paşinyanın bu istiqamətdə səsləndirdiyi bütün fikirləri kəskin tənqid edir. O bildirir ki, baş verənlər Paşinyan iqtidarının səriştəsizlyini göstərir, xüsusən də orduda yeni böyük problemlər yaradır. Elə bunun nəticəsidir ki, Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmaqda davam edirlər. Digər tərəfdən, zabit heyətinin sıravi əsgərlərə və ya rütbəcə daha aşağı olanlara münasibətinin də erməni ordusunun çox ciddi problemlərindən birinə çevrilməsi əsas diqqət mərkəzində yer alır. “Qraparak” qəzeti bu xüsusda maraqlı bir məqama diqqət çəkir. Qəzet yazır ki, Qarabağ ərazisində qanunsuz dislokasiya olunan “N” saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə “komandir müavini”, polkovnik-leytenant Ara Kamalyanı hərbi xidmətdən xaric ediblər.  Qəzetə müsahibəsində Ara Kamalyan qondarma qurumun hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini, “Zampolit armii”, general-mayor Vardan Balayanın onu ordudan kənarlaşdırmaq istədiyini bildirib.
Onun bildirdiyinə görə, tezliklə Vardan Balayanın özünü təqaüdə göndərəcəklər. Kamalyan qeyd edir ki, “zampolit armii” ona qulluq edənləri sevir və ona qulluq etmədiyinə görə orduda son pisliyini həyata keçirmək niyyətindədir.  
Qeyd edir ki, aralarındakı münaqişənin səbəbi oktyabrın 1-də xidmət etdiyi hərbi hissədə əsgərin özünü asması və qondarma qurumun hərbi birləşmə “komandiri”nin əmri ilə vəzifəsinin aşağı salınmasına dair verilən əmrin icra edilməməsidir. Belə ki, özünü asaraq intihar edən əsgərə görə Kamalyanın və hərbi hissə komandirinin digər müavini barədə vəzifəsinin aşağı salınmasına dair qondarma qurumun hərbi birləşmə “rəhbərliyi”nin əmri olsa da, Ermənistan Müdafiə Nazirliyi tərəfindən aparılan araşdırmada günahları sübuta yetirilmədiyi üçün onlara qarşı bu əmrin tələbləri tətbiq edilməyib. Balayan isə buna görə onunla prinsip aparmağa başlayıb, indiki vəzifəyə başqasını təyin etmək niyyəti boşa çıxıb. Hazırda isə hər yerdə onu səhlənkar zabit kimi təqdim etməyə çalışır. Hazırda müqavilə müddəti başa çatsa da, xidmətin davam etdirilməsi üçün onunla yeni müqavilə imzalanmasından imtina edilir.  O bildirib ki, toplanışlardan biri zamanı qondarma qurumun hərbi birləşmə “rəhbərliyi”nə problemini bildirməsinə baxmayaraq, hələ də cavab yoxdur. Ara Kamalyan evinin təmiri üçün ayda 205 min dram kredit ödədiyini, sosial vəziyyətinin ağır olduğunu qeyd edir. O, onun kimi ağır vəziyyətdə olan zabitlərin çoxluğunu və onların əksəriyyətinin ordudan yayınmağa çalışdığını da etiraf edib.

Heç şübhəsiz, orduda ağır vəziyyətin hökm sürdüyünü göstərən daha bir faktor bu günlərdə Mehridə baş verən hadisələr və bununla bağlı yeni maraqlı faktların üzə çıxmasıdır. Xatırladaq ki, Mehridə dislokasiya olunan hərbi hissələrdən birinin müddətli xidmət hərbi qulluqçuları etirazlarını bildirməklə hərbi hissəni özbaşına tərk edib və şəhərdə oğru aləminə sadiqliq yürüşü keçiriblər. Əldə edilən məlumata görə, itaətsizlik çağırışları edən erməni hərbi qulluqçular arasında Ermənistan Müdafiə Nazirliyinin generallarından birinin övladı da olub. Media orqanları həmin generalın kimliyini müəyyən etməyə nail olub. Söhbət övladı həmin hərbi hissədə xidmət edən, Müdafiə Nazirliyinin milli müdafiə araşdırmaları institutunun rəisi, general-mayor Qennadi Tavaratsyandan gedir. Erməni mediası bu xüsusda aşağıdakıları yazır: “Burada maraqlı bir məqam var ki, həmin hərbi qulluqçuları cəzalandıraraq ön xəttə göndəriblər. Ermənistanın Müdafiə naziri David Tonoyanın bu cəza siyasəti ölkədə mövcud, məqsədyönlü təbliğat fəaliyyətinə ziddir. Biz bir tərəfdən deyirik ki, ön xətdə xidmət edənlər qəhrəmandır, digər tərəfdən də cinayətə yol verənləri, hərbi hissəni özbaşına tərk edənləri cəza olaraq ön xəttə göndəririk. Belə çıxır ki, Müdafiə naziri David Tonoyan ön xətdə xidmət etməyin cəza olduğunu təsdiq edir. Halbuki, “məxməri inqilab” dövründə komandirlərin fəaliyyətinə etiraz olaraq, inqilabın zəruriliyini dəstəkləyən hərbi hissəni özbaşına tərk edən sülhməramlı briqadanın hərbi qulluqçularına qarşı prokurorluq heç cinayət işi belə açmadı, hərbi qulluqçuları cəzalandırmadı. Lakin eyni hərəkəti edən komandirlərin səhv fəaliyyətinə etiraz əlaməti olaraq hərbi hissəni özbaşına tərk etmiş Mehridəki hərbi hissənin hərbi qulluqçularına qarşı Ermənistanın Baş Prokurorluğu cinayət işi açıb”.

O da qeyd edilir ki, belə hallar orduya onsuz da cəmiyyətdə sarsılmış inamı daha da zəiflədir. İndi erməni mediasında aktiv müzakirə edilən məsələ budur ki, belə ordu iəl Azərbaycanın qarşısında nə dərəcədə davam gətirmək mümkündür. Ümumi xülasə və yekun nəticə budur ki, erməni ordusu Azərbaycan qarşısında çox zəifdir. Özü də bu etiraflar Qarabağda savaş ehtimalının artması fonunda edilir.

Baş verənlərə münasibət bildirən rus ekspert Aleksey Sinitsın Ermənistanın yaranmış durumda məntiqli addımlar atmasını vacib sayır. Onun sözlərinə görə, məsələnin hərbi həlli İrəvan və bütünlükdə erməni cəmiyyəti üçün müsbət heç nə vəd etmir. O, Qarabağ məsələsində, ümumiyyətlə, bütün istiqamətlər üzrə Ermənistanın mövqelərinin daha da zəiflədiyini, Azərbaycaınn isə daha güclü hala gəldyini də vurğulayır: “Birincisi, Qarabağı heç kim Ermənistan ərazisi kimi tanımağa hazırlaşmır. İkincisi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə bütün əsasları var. Bu əsaslar beynəlxalq hüquqla, beynəlxalq hüquq iş görə bilmədikdə isə, belə deyim, “güclünün hüququ” formulası ilə təmin olunur. Qarabağ münaqişəsində bu hüquq Azərbaycana məxsusdur”. Ekspert hesab edir ki, Azərbaycanın hərb variantından istifadə etməsi Ermənistana müsbət heç nə vəd etmir. Məhz bu səbəbdən hesab edilir ki, İrəvan münaqişənin dinc müstəvidə həllini tapması üçün müvafiq addımlar atmalıdır, Əks təqdirdə Ermənistanı daha böyük problemlər gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ