Bazar günü günü, 08 noyabr 2026
     

Vyana görüşü Qarabağ məsələsinin çözümündə həlledici əhəmiyyət daşıya bilər, əgər Ermənistan...

Image


Azərbaycan və Ermənistan liderlərinin Vyanada Dağlıq Qarabağ münaqrişəsi ilə  bağlı görüşü və bunun hansı nəticələrə gətirib çıxaracağı barədə indi ən müxtəlif fikirlərə, proqnozlara rast gəlmək mümkündür. Amma burada əsas ümumi cəhət budur ki, Qarabağ məsələsində Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanları  tükənib.

Bu mənada, Ermənistanın son bir neçə ayda Dağlıq Qarabağ probleminin həllini tapması istiqamətində müsbət irəliləyişlərdən narahat olaraq müxtəlif təxribatçı addımlar atması fonunda görüşdə necə mövqe sərgiləyəcəyi hər kəsi maraqlandırır. Lakin bir məsələ dəqiqdir ki, Azərbaycan lideri Ermənistanın mövqeyini əks etdirən Nikol Paşinyandan konkret münasibət tələb edəcək. Özü də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əhatə dairəsində Ermənistandan konkret münasibət tələb olunması da Paşinyanın nala-mıxa vurmasına imkan vermir.

Məsələnin bu tərəfinə nəzər salan rusiyalı ekspert Stanislav Tarasov da qeyd edir ki, Vyana görüşü əvvəlkilərdən fərqlənir. Ekspertin sözlərinə görə, rəsmi səviyyədə xarici əlamətlərə diqqət yetirilərsə, məhsuldar dialoq üçün indilikdə nikbin fikir səsləndirmək hələ ki, çətindir: “Ancaq şəxsən fikrim budur ki, bu cür şəraitdə iki dövlət rəhbəri şəxsi əlaqələr qurur, danışıqlar prosesində dinamika qazanmağa çalışır. Mənə elə gəlir ki, ölkə rəhbərləri arasında hər hansı bir səbəbdən susmağa üstünlük verdikləri bir anlaşma var. Bu birincisi. İkincisi odur ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik səyləri olmadan şəxsi təmaslar yaratmaq müsbət nəticə verir. Düşənbəni buna misal göstərmək olar. Buna görə də budəfəki Əliyev-Paşinyan formatı müstəqil məna daşıyır. Amma burada nəzərə almaq lazımdır ki, İrəvanın manevr imkanları da tükənib. Bu mənada, Paşinyanın hansı addımlar atacağı xüsusi maraq doğurur”.

Almaniyalı politoloq Aleksandr Rar isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində “Madrid prinsipləri”nin dəqiqləşdirilməsi tələbinin Vyanada yenidən gündəmə gəlməsini istisna etmir: “Əliyev-Paşinyan görüşündə “Madrid prinsiplərinin dəqiqləşdirilməsi ətrafında danışıqların aparılması əsas yer tutacaq”. Onun sözlərinə görə, bir sıra məsələlər havadan asılı vəziyyətdə qalıb və əlavə izahatlara ehtiyac var: “Bu məsələdə mütəxəssislər çoxdan vahid mövqedən çıxış ediblər. Buna görə də qarşıdakı görüşdə dəqiqləşdirmə ətrafında söhbətlər aparıla bilər. Danışıqlara fasilə verilməsi bir sıra təhlükələri əhatə edir. Buna görə də danışıqları hər hansı şəkildə davam etdirmək lazımdır. Ancaq bu halda da aprel döyüşlərinədək olan dönəmə geri dönürük. Həmin dövrdə də danışıqlar varmı, yoxmu, ümumi gündəlik varmı, yoxmu, deyə anlamaq olmurdu. Mən düşünürəm ki, ATƏT-in Minsk Qrupu daha ciddi işləməklə tərəfləri qane edən gündəliyin formalaşmasına imkan verməlidir”.  

Digər rusiyalı politoloq Oleq Kuznetsov isə bildirib ki, əslində, Paşinyan iki seçim arasında qalıb: “Paşinyan bir müddət ölkə daxilində və beynəlxalq arenada uğurla “oynadı”, amma indi onun erməni xalqına istədiyi “çörəyi” vermək imkanı yoxdur. Buna görə də heç kim ona kömək etmək istəmir. Ermənistanda müxalif qüvvələrin birləşməsi tamamilə təbii, obyektiv bir prosesdir və siyasi cəmiyyətin həyatına dair ümumi qanunlara tam uyğun gəlir. Buna görə də burda təəccüblü bir şey görmürəm. Keçən ilin mayından etibarən – Paşinyanın Ermənistanda hakimiyyəti ələ keçirdiyi gündən bəri yalnız bir şeyi deyirəm: Paşinyan populist, demaqoq, qədim Roma dövründə olduğu kimi, həmişə çörək və sirk tələb edən kütlənin lideridir. Keçən ilin aprel-may aylarında devrilmiş Qarabağ klanı adlanan Köçəryan-Sarkisyan bu günlərdə ən zəif tərəfdarlarının da yanındadır. Onlar bunu yeni hakimiyyətdən intiqam almaq üçün edir.

Bütün bunları nəzərə alaraq başa düşmək lazımdır ki, xarici siyasətdə Qarabağ klanı həmişə rusiyapərəst mövqeyə sadiqdir, Paşinyan klanı isə açıq-aşkar amerikapərəstdir. Buna görə də bu gün Ermənistan Rusiya və ABŞ arasında qlobal geosiyasi qarşıdurma nöqtəsidir. Və bu qarşıdurmada Rusiya keçən il də məğlub oldu, amma revanş götürmək ümidini itirmir. Buna görə də Moskva Paşinyanın düşmənlərinə lazımi resursları verir və erməni mənşəli Rusiya oliqarxlarını şantaj edir. Rusiya tərəfi öz ərazisində müflis olmaq qorxusu altında erməni əsilli oliqarxları Paşinyana qarşı siyasi fəaliyyət göstərən müxalifətə maddi dəstək göstərərək, Ermənistanın baş nazirini vəzifəsindən kənarlaşdırmağa məcbur edir. Buna görə də bu gün Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüş ərəfəsində rusiyameyilli müxalifətlə Qarabağdan imtina perspektivi arasında qalıb. Paşinyanın vəziyyəti heç ürəkaçan deyil. Bir tərəfdən bəyan etdiyi öhdəlikləri icra etmədiyi üçün rusiyameyilli müxalifətdən, digər tərəfdən rəsmi Bakı ilə istənilən konstruktiv danışıqları ona bağışlamayacaq yerli millətçi və ya ultra-vətənpərvərlər tərəfindən hakimiyyətdən uzaqlaşdırılma təhdidi ilə üz-üzədir”.

Kuznetsov qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində, şahmat dilində desək, suqsvanq vəziyyətindədir və hər bir hərəkəti onun mövqeyini pisləşdirir: “Mən onun bunu yaxşı dərk etdiyindən əminəm, buna görə də “Azərbaycan xalqı ilə sülhə dair birbaşa söhbət” kimi tamamilə çılpaq fikirlər irəli sürür. Paşinyan hazırda həm daxili, həm də xarici siyasətdə çarəsizdir. Buna oxşar bir şey 100 il bundan əvvəl - 1918-ci ilin fevral-mart aylarında Brest-Litovskda bolşeviklərin döyüşçü müxalifətlə apardığı ayrı-ayrı müzakirələr zamanı baş verib. O vaxt Sovet Rusiyasının nümayəndə heyətinin rəhbəri də “nə müharibə, nə sülh” tezisini irəli sürmüşdü, bunun nəylə sonlandığı məlumdur: Alman əsgərləri hücuma keçdi, Gürcüstana gəlib çatdılar. Bundan sonra bolşeviklər özləri üçün tamamilə əlverişsiz şəraitdə sülh müqaviləsi imzaladılar. Mən qorxuram ki, martın 29-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişində və nəticələrində bənzər bir şey görəcəyik”. Ekspert bu mənada hesab edir ki, Paşinyan üçün indiki şəraitdə Azərbaycanla razılıq əldə etmək Ermənistandan ötrü çox mühümdür.

Eyni mövqeni  Qafqazşünasların Elmi Cəmiyyətinin sədri Aleksandr Krılov da sərgiləyir. "EADaily" nəşrinə verdiyi müsahibəsində görüşün gözləntiləri, mümkün proqnozlar və Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini bildirən politoloqun fikrincə, cəbhədə nəzərəçarpan sakitçilik hökm sürür, bu, erməni tərəfinin parçalanmasının davam etməsi və hərbi revanş üçün daha münbit şərait yaranması məqsədilə Azərbaycanın vəziyyəti gərginləşdirmək istəməməsilə bağlıdır: “Vaxtilə Ermənistan söhbətin dövlətlərarası münaqişədən getdiyini qəbul edib və Azərbaycana işğal olunmuş ərazilər faktını sübut etməyə imkan verib”. Krılov İrəvanın davranışlarının əsassız olduğunu vurğulayaraq qeyd edib ki, danışıqlar prosesində nəticə əldə olunmasa, savaş qaçılmazdır və bunu İrəvanda yaxşı bilirlər: “Paşinyan bundan əvvəl danışıqlar formatı ilə bağlı elə bir ideya ifadə edib ki, bu, İlham Əliyev üçün qəbulolunmazdır Yaxud görüşlər həmsədrlərin vasitəsilə növbəti görüş xarakteri ilə davam edə bilər. Danışıqlar prosesində irəliləyiş əldə edilməsi üçün tərəflərdən birinin güzəştə getməyə hazır olması lazımdır. Lakin Əliyev buna getməyəcək, çünki Azərbaycan əraziləri işğal latındadır. Paşinyan müvafiq addım atmasa, ölkəsini yenidən güclü Azərbaycanla savaşa sürəkləcəyək”.

Beləliklə, yuxarıda səslənən poliotoloq fikirlərindən aydın olur ki, Ermənistan Qarabağ münaqişəsinin həllini danışıqlar yolu ilə uzatmaq taktikasını daha istfiadə edə bilməyəcək. Ən azı o baxımdan ki, Azərbaycan buna imkan vermək niyyətində deyil.  Bakı artıq İrəvanın məsələnin həllində konkret addımlar atmasını istəyir. Ermənistanda hesab edirlər ki, Azərbaycan Vyana görüşündə istəyinə nail olacaq. Burada o fikirlər getdikcə daha çox hakim olur ki, İrəvanın uğursuz siyasəti nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb və Dağlıq Qarabağ məsələsində Ermənistan mövqelərini tam şəkildə itirmək üzrədir. Digər  tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanın, eləcə də beynəlxalq ictimaiyyətin təzyiqləri, Ermənistanın dünyada  və regionda həyata keçirilən iri layihələrdən təcrid vəziyyətində qalması, qonşu dövlətlərlə düşmən münasibət  ölkəni labüd uçuruma yuvarlayıb. Bütün bunlar erməni xalqına müsibətlər,  məhrumiyyətlər və əzab-əziyyətdən başqa heç nə verməyib. Belə vəziyyət də işğalçı ölkənin manevr imkanlarını tükəndirən əsas faktorlar sırasında yer alır. Eyni zamanda, Azərbaycan ordusunun hücum xofu Ermənistanın başı üzərində “Domokl qılıncı” kimi asılıb və düşmən ölkədə böyük əksəriyyət bu vəziyyətdən can qurtarmağa çalışır. 

Qeyd edilənlər bir daha təsdiq edir ki, Vyana görüşü Ermənistan üçün son imkan rolunu oynayır. Ekspertlərin fikrincə, görüşdə hamıdan çox Paşinyan razılığın əldə olunmasına cəhd etməlidir. Bu onun hakimiyyətinin möhkəmlənməsi və ümumiyyətlə, erməni dövlətinin və xalqının gələcəyinin aydınlaşması naminə vacibdir. Çünki münaqişənin həlli Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına, xarici ticarətin inkişafına, iqtisadiyyatın ayağa qalxmasına, əhalinin güzəranın yaxşılaşmasına birbaşa təsir edə bilər. Məhz bu da Ermənbistanın bir dövlət kimi varlığını davam etdirməsinin əsas şərtləridir. Beləliklə, martın 29-da Vyanada Paşinyan erməni xalqının taleyini həll edə bilər. Özü də, qeyd olunduğu kimi, bu onun son şansıdır. Ermənistan da daxil olmaqla, artıq bütün maraqlı tərəflərə aydındır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır: həm danışıqlar yolu ilə, həm də alternativ vasitə kimi müharibə yolu ilə. Sadəcə, Vyanada Ermənistanın davranşılarından sonra Azərbaycanın hansı yoldan istfiadə edəcəyi daha dəqiq şəkildə bəlli olacaq. Bu mənada, Vyana görüşünü Qarabağ məsələsinin həllində mühüm başlanğıc nöqtəsi kimi də dəyərləndirmək mümkündür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ