Bazar günü günü, 08 noyabr 2026
     

NATO-nun Qafqaz strategiyası və Azərbaycanın neytral mövqeyi...

Image


Məlum olduğu kimi, Gürcüstanda NATO-ya üzv ölkələrin və alyansın tərəfdaşlarının “NATO-Geo exercise 2019” adlı irimiqyaslı komanda-qərargah hərbi təlimləri keçirilib. İkinci dəfədir keçirilən bu tip hərbi təlim daha irimiqyaslı olması ilə seçilib. 24 ölkədən hərbçilərin iştirak etdiyi təlimlərdə məqsəd Gürcüstan Silahlı Qüvvələrinin, Şimali Atlantika İttifaqının və tərəfdaş ölkələrin birgə fəaliyyətini gücləndirmək olub.

Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib ki, Tiflisin NATO ilə əməkdaşlığı və keçirdiyi birgə hərbi təlimlər hansısa ölkəyə qarşı yönəlməyib. Amma NATO-nun sərhədləri yaxınlığındakı fəaliyyətini Rusiya heç də birmənalı qarşılamır. Xüsusən də  NATO baş katibinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın açıqlamaları Kremli xeyli hiddətləndirib. Appaturay bildirib ki, NATO Gürcüstanla əməkdaşlığını, xüsusilə Qara dənizin təhlükəsizliyinin təminatı sferasında genişləndirməyə hazırdır. Onun sözlərinə görə, Gürcüstanın NATO-ya inteqrasiya prosesinin uğurlu davamı üçün bütün imkanları var.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilir ki, NATO Qara dəniz regionunu hərbiləşdirməklə məşğuldur: "NATO Şərqi Avropada hərbi varlığını gücləndirir, hərbi və mülki infrastrukturu modernləşdirir. Rumıniyaya ABŞ-ın havadan müdafiə sistemləri yerləşdirilib. Dəniz və hava məkanında patrulların sayı artırılıb, başda Rusiya sərhədləri olmaqla, bölgədə kəşfiyyat fəaliyyəti aktivləşdirilib. NATO hərbi gəmilərinin Qara dənizdə qalma müddəti 80 gündən 120 günə qaldırılıb. Alyans bölgədəki hərbi planlarını gizlətmir". Moskva bütün bunlara seyrçi qalmaq niyyətində olmadığını da açıqlayıb. Rusiyanın Cənub Hərbi Dairəsini gücləndirmək istiqamətində yeni addımları da bunun təsdiqi sayılır. Baş verənləri şərh edən Rusiyanın "regnum.ru" portalı da yazır ki, Qafqaz və Qara dənizdə NATO-Moskva qarşıdurması böyüyür: "NATO baş katibi Yens Stoltenberqin Tiflisə səfəri, Gürcüstan prezidenti və baş nazirilə rəsmi görüşlər, ərazisində NATO-ya üzv 24 ölkənin və alyans tərəfdaşlarının komanda-qərargah təlimlərinin keçirildiyi ölkədə NATO ilə birgə fəaliyyət göstərən JTEC təlim mərkəzinə baş çəkməsi Cənubi Qafqazın Rusiyanın “cənub qarınaltısı”nda yerləşən bu respublikasının alyans üçün önəm dərəcəsindən xəbər verir.

Stoltenberq səfərin gedişində birbaşa Gürcüstana dair təmtəraqlı xeyli bəyanat verib, etiraf edib ki, bu ölkə Avroatlantik inteqrasiya yolunda  böyük uğura nail olub və artıq söz verib ki, nəticədə ölkə mütləq alyansın üzvü olacaq. NATO baş katibi, bununla yanaşı, bir daha təsdiqləyib ki, alyans tanınmış beynəlxalq sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini geri götürməyə çağırıb, qeyd edib ki, NATO-ya girmək qərarını Gürcüstanın özü və alyansın başqa üzvləri qəbul edir, buna görə də “Rusiya və ya hansısa başqa ölkə bu prosesə təsir edə bilməz”.

Gürcüstan baş naziri Mamuka Baxtadze də bildirib ki, ölkənin NATO-ya üzvlüyü təkcə siyasi qərar deyil, həm də gürcü xalqının seçimidir və heç kim bu prosesdə Tiflisə mane ola bilməz.

Bu arada NATO baş katibinin Tiflis səfərinin hərbi-siyasi mənasına bu kontekstdə baxmaq gərəkdir ki, Gürcüstan bölgədə NATO-nun rəsmi tərəfdaşı sayılan yeganə ölkədir.

Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə bildirib ki, Moskva NATO-nun Gürcüstan və Ukrayna sayəsində genişləndiyinə son dərəcə mənfi yanaşır, alyans bu ölkələri öz sıralarına almadan da onlarla işləyə bilər. “Bakı politoloqlar klubu”nun başçısı Zaur Məmmədov da Gürcüstanın NATO üzvü olmaq istəyini bölgə üçün ağrılı mövzu sayır. O qeyd edib: “NATO ölkələrinin coğrafiyası Xəzərədək genişlənir. Bu, bir yandan ölkələrin təhlükəsizliyinə bağlıdır, o biri yandan Rusiya-Qərb qarşıdurmasına cəlb edilə biləcək kiçik ölkələr üçün çox böyük çağırışdır. Avropa Birliyinə münasibətdə hər şey birmənalıdırsa – nə Ukrayna, nə də Gürcüstan bu təşkilatın üzvü olacaq – NATO-ya münasibətdə hər şey belə birmənalı deyil. Bu ölkələr həmin alyansın üzvü ola da, olmaya da bilər”. Onun fikrincə, müstəqil siyasət yürütmək önəmlidir ki, bunu özəlliklə Azərbaycan sərgiləyir.

Politoloq əlavə edib: “Biz 2011-də Qoşulmama Hərəkatına təsadüfən üzv olmamışıq. Ölkəmiz bu il bu təşkilatda sədrlik edir, sonralar Azərbaycan paytaxtında təşkilatın sammitinin keçirilməsi gözlənir. Azərbaycan NATO ilə münasibətləri möhkəmləndirir, amma eyni zamanda eyham vurur ki, alyansın üzvü olmayacaq, öz ərazisinin qeyri-bölgə dövlətlərinin maraqlarının təmin edildiyi yer olmayacağını anlayaraq olduqca rasional siyasət aparır. Axı bölgə son dərəcə partlayış təhlükəsindədir. Bir yandan Yaxın Şərq, o biri yandan həm bölgə ölkələrinin, həm də dünyanın siyasi oyunçularının güclü təsiri və geopolitik maraqlarının toqquşması”.

O, bununla yanaşı vurğulayıb ki, bölgədəki münaqişələrin həll edilməməsinə həm Rusiya, həm də Cənubi Qafqaz respublikaları üçün sabitliyə təhdid kimi baxılmalıdır, buna görə də bunları həll etmək gərəkdir. Məmmədov nəticəyə gəlib – Ermənistanın NATO ilə münasibətlərinə gəlincə, bu da inkişaf edir, Ermənistan NATO-nun müxtəlif hərbi təlimlərinə qatılır və belə bir imkan olsaydı, İrəvan hələ Serj Sarkisyanın dönəmində təkcə bu təşkilata deyil, həm də Qərbin başqa siyasi institutlarına daha çox inteqrasiya olunardı, Ermənistanın yeni hökuməti isə hətta gizlətmir ki, NATO ilə münasibətlərin inkişafı, ortaq layihələr Ermənistanın milli maraqlarındadır, amma İrəvan məlum şərait, yəni Rusiya və İrandan müəyyən asılılıq üzündən bir qədər çətin durumdadır.

Nə etməli, NATO Cənubi Qafqaz yönündə, doğrudan da, ciddi və məqsədyönlü şəkildə irəliləyir, Rusiya öz əndişəsini ifadə edir, Gürcüstanın bloka üzvlüyü artıq zaman məsələsidir, Ermənistan da ehtiyatla olsa da, alyansa arabir göz gəzdirir, təkcə Azərbaycan öz seçiminə sadiqdir və təşkilatla ardıcıl bərabər münasibətlərə tərəfdardır. Hadisələrin  necə inkişaf edəcəyini zaman göstərər”.

Bunlarla yanaşı, portal yazır ki, qarşıdakı dövr ərzində Rusiya və NATO-nun Qafqazda çəkişməsi sadəcə güclənməkdə davam edəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ