İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.
İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bu barədə danışıb: "Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Bir-birimizlə olan bütün fikir ayrılıqlarını və narahatlıqları bir kənara qoyaq".
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə heç bir düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
Pezeşkian hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini də bildirib.
ZÜMRÜD