Bazar ertəsi günü, 17 avqust 2026
     

Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

Image


Erməni iqtidarının Rusiyaya qarşı loyallaşmasının geosiyasi səbəbləri nədir?

Ermənistan parlamentinin sədri Alen Simonyan 102-ci Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması ilə bağlı aparılan müzakirələr barədə yayılan xəbərləri təkzib edib.

"Belə bir şey yoxdur. Ermənistan Respublikası Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsini müzakirə etmir”, - Simonyan mayın 19-da parlamentdə keçirdiyi brifinqdə bildirib.

Bakının sülh sazişində üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi ilə bağlı şərtini özünəməxsus şəkildə şərh edərkən, "Azərbaycan Rusiya hərbi bazasının çıxarılmasını tələb edə bilərmi" sualına cavabında Simonyan qeyd edib ki, sənəd Ermənistan Respublikasının ərazisinə deyil, Ermənistan-Azərbaycan sərhədinə aiddir.

"Bu absurddur, bu müzakirə olunmur və müzakirə mövzusuna çevrilə bilməz. İlk dəfədir ki, sizdən eşidirəm. Bir sözlə, belə "ağıllı" şeyləri kimin yaydığını bilmirəm”, - o, vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan hesab edir ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı razılığa gələ bilərdilər. Bu barədə o, Facebook sosial şəbəkəsində yazıb. O yazır ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev regionda artıq xarici hərbi qüvvələrin olmasına ehtiyac duyulmağını söyləyib. Abramyanın sözlərinə görə, prezidentin köməkçisinin bəyanatı sülhə nail olmaq üçün ilkin şərtlərdən biridir.

102-ci Rusiya hərbi bazası 1995-ci ildən 2044-cü ilə qədər uzadılmış dövlətlərarası sazişə əsasən Gümrüdə yerləşdirilib.

İndiyə qədər Avropanın qucağına atılan, Avropa Birliyinə üzvlüklə bağlı qanun qəbul edən Ermənistan indi niyə bu mövqedən çəkilib, rus hərbi varlığının ölkədən silinməsindən imtina edir?

Məlumdur ki, Ermənistan ötən ilin avqust ayında Zvartnos hava limanından, ötən ilin sonunda isə Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən Aqarak sərhəd-keçid məntəqəsindən rus sərhədçilərını çıxardı. Düzdür, hələ də İran-Ermənistan sərhədini rus və erməni sərhədçılər birlikdə qoruyur, amma növbəti mərhələlərdə bütün sərhəddən rus sərhədçilərinin çıxarılması nəzərdə tutulurdu. Bunu Paşinyan dəfələrlə bəyan edib. Hətta Ermənistan siyasi hakimiyyətinin bəzi nümayəndələri bu yaxınlara qədər bəyan edirdi ki, növbəti mərhələlərdə rus qoşunlarının 102-ci bazadan, Metsamor AES-dən və ölkənin şimalında yerləşən üfuqarxası radar sistemindən çıxarılməsı nəzərdə tutulur. Yəni buna oxsar bəyanatlar verməkdə Tiqran Abramyan pioner deyil. Yalnız fərq ondadır ki, əvvəl müxalifət rus qoşunlarının ölkədə qalmağının tərəfdarı idi, lakin indi müxalif deputat bunun əksini təklif edir. Görünür, o da Paşinyan hakimiyyətinin mövqeyini dəyişdiyini duyaraq belə təklif edir.

Ermənistan bu ilin əvvəllərinə qədər Rusiya ilə çox yüksək ritorika ilə danışırdı. Hətta Paşinyan Sankt-Peterburqda keçirilən MDB sammitinə onlayn sədrlik etdi. Sammitin İrəvanda keçirilməsindən və Rusiyaya səfərdən imtina etdi. Lakin son aylar həm Paşinyan özünün, həm də komanda üzvlərinin bəyanatlarında Rusiyaya qarşı loyal mövqe açıq hiss edilməkdədir. Məsələn, Alen Simonyanın təqdim etdiyimiz mövqeyi buna bariz nümunələrdən biridir. Bəs nə baş verir ki, Ermənistan hakimiyyəti mövqeyini bu cür dəyişməkdədir - Rusiyanın hərbi varlığının ölkədən silinməsi mövqeyindən geri çəkiliblər?

Hər halda, Alen Simonyanın sərgilədiyi fikirlər özünün deyil, komandanın mövqeyidir. Çünki o, Ermənistan iqtidarının ikinci və ya ücüncü şəxsi sayılır.

Bəli, Ermənistanı mövqeyini dəyişməyə vadar edən məsələ dünyada gedən geosiyasi dəyişikliklərdir. Belə ki, Donald Tramp səlahiyyətlərini icra etməyə başlayandan bəri davamlı olaraq Rusiyaya qarşı isti münasibət sərgiləməkdədir. Hətta Tramp müharibəni bəzi xırda güzəştlərlə Rusiyanın xeyrinə başa çatdırmaq fikrində idi. Oval Kabinetdən Zelenskinin qovulmasi faktını yəqin ki, hamı xatırlayır. Məhz o vaxt Tramp müharibəni Ukraynanın "böyük güzəştləri" hesabina dayandırmaq istəyirdi. Birincisi, buna Zelenski razı olmadı, eyni zamanda, Putin xırda güzəştlərə belə getməkdən uzaq olduğunu bəyan etdi. Əslində Tramp Zelenskini hər cür güzəştə razılaşmağa məcbur edə bilərdi. Həmin cəhd ona görə pozuldu ki, Putin heç bir güzəşti qəbul etmədi. Bu isə o deməkdir ki, hələ də bu qarşıdurmada Rusiya öz dominant mövqeyini qoruyub saxlayır. Tramp isə Rusiyanın üstünə gedib onunla münasibətləri korlamaq istəmir. Ona görə ki, Tramp Putinlə bu müharibəni Rusiyaya sərf edən, beynəlxalq ictimaiyyətin həqarətinə səbəb olmayan şərtlərlə yekunlaşdırmaq istəyir ki, Rusiyanın təbii sərvətlərindən pay ala bilsin. Çunki dünya təbii sərvətlərinin beşdə biri - 20%-i Rusiyanın ərazisində cəmlənib. Bu, Donald Trampın gözlərini parıldadır.

Ermənistan hakimiyyəti bütün bu prosesləri müşahidə edərək o qənaətə gəlir ki, Rusiya-Ukrayna müharibəsi Moskvanı bitirməyə bilər. Müharibə Trampın köməyi ilə Rusiyanın istəklərinə uyğun başa çatsa, Trampla Putin iqtisadi iş birliyinə gedəcək və bu, Rusiyaya yeni nəfəs verəcək.

Rusiyanın özünə gəlməsi isə Ermənistanla hesablaşmağa münbit şərait yaradacaq. O halda Ermənistanın taleyi tamamilə Rusiyadan asılı vəziyyətə düşəcək. Ona nə Qərb, nə də ABŞ kömək edə biləcək. Ermənistan hakimiyyətinin bugünkü mövqeyi məhz həmin gözləntilərə hesablanıb. Əgər sabah vəziyyət dəyişsə Paşinyan hakimiyyəti yenidən bir il əvvəlki ritorikasına qayıdacaq, məsələ bu qədər bəsit...

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ