Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

Image


Müasir dünyanın ən aktual problemlərindən biri insan hüquqlarıdır. Bu ideyanın tarixi kökləri təxminən eramızdan əvvəl 6-5-ci əsrlərə gedib çıxır. İlk olaraq o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlayıb. Bu fikirlər həmin dövrlərdə insan hüquqları adlanmasa da, mahiyyət etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri sayıla bilər.

Müəyyən zaman keçdikdən sonra, cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda mübarizə aparmağa başladılar. Məsələn, 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan “Böyük Azadlıqlar Xartiyası”nın qəbul olunması da bu mübarizənin nəticəsidir ki, bu gün də öz əhəmiyyətini itirməyib. Həmin sənədin ən böyük əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq, kral öz hakimiyyətini feodalların xeyrinə məhdudlaşdırıb.

İrqindən, dərisinin rəngindən, cinsindən, dilindən asılı olmayaraq hamı bərabərdir

Məlum məsələdir ki, 20-ci əsin ortalarına kimi insan hüquqlarını bütün dünya ölkələri qəbul etmirdi. Bu yolda ilk addım BMT tərəfindən atıldı. Belə ki, 1948-ci il aprelin 10-da BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamədə göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir. Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. İnsan haqları bir çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun şəkildə belə ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir”. Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Qərbi Azərbaycan mövzusundan ermənilər bərk narahatdır

Məlum olduğu kimi, Qərbi Azərbaycan mövzusu gündəmə gələndən ermənilər bundan bərk narahatdırlar. Qərbi Azərbaycan İcmasının yaranması, aktivləşməsi, onun Azərbaycanda təşkilatlanması, böyük ofisin açılması, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması, əslən Qərbi Azərbaycandan olan deputatların toparlanması qarşı tərəfin yuxusuna haram qatıb. Qərbi Azərbaycan məsələsi ilə bağlı BMT-yə müxtəlif sənədlər təqdim edilib. Ermənistanda bütün bunları isteriya ilə qarsalayırlar. İddia edirlər ki, guya Azərbaycan bu dövlətə qarşı ərazi iddiası ilə çıxış edir. Halbuki, bizim də ən böyük arqumentimiz odur ki, Qərbi Azərbaycan mövzusu ərazi mübahisəsi deyil. Bu, insan haqları, hüquqları məsələsidir. Qərbi Azərbaycandan olan soydaşlarımızın yaşamaq hüququ, öz vətənlərinə qayıtmaq, ata-baba torpaqlarına bağlanmaq hüququ pozulub. Bir sözlə, bu, insan hüquqları məsələsidir, ərazi məsələsi deyil.

Məsələ ərazi deyil, hüquq məsələsidir

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Qərbi Azərbaycan mövzusunun son illərdə yenidən gündəmə gəlməsi, ictimai-siyasi və mədəni diskursa daxil edilməsi Azərbaycanın ictimai-siyasi həyatında və beynəlxalq fəaliyyətində diqqətəlayiq istiqamətlərdən biridir: “Bu məsələnin yenilənməsi, Qərbi Azərbaycan İcmasının formalaşması, təşkilatlanması, qərargahının açılması və Milli Məclisdə Təşəbbüs Qrupunun yaradılması təkcə simvolik deyil, həm də strateji bir gedişdir. Ermənistan tərəfinin narahatlığı, bu prosesi “ərazi iddiası” kimi təqdim etməyə çalışması isə gözlənilən və siyasi manipulyasiya xarakteri daşıyan yanaşmadır. Halbuki Azərbaycan bu məsələdə açıq şəkildə bildirir ki, Qərbi Azərbaycan məsələsi ərazi iddiası deyil, insan hüquqları kontekstində yanaşılan məsələdir. Burada söhbət, keçmişdə zorla deportasiya edilmiş, ata-baba yurdlarından didərgin salınmış insanların - Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə ləyaqətli qayıtmaq hüququndan gedir. Bu baxımdan Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə müraciətləri də tamamilə hüquqi və legitim çərçivədə aparılır. Qərbi azərbaycanlıların hüquqları ilə bağlı sənədlərin təqdim olunması, bu məsələnin beynəlxalq gündəmdə insan haqları kontekstində qabardılması Azərbaycanın mövqeyini həm əxlaqi, həm də hüquqi baxımdan gücləndirir. Qərbi Azərbaycan mövzusunun əsas gücü də burdadır: Azərbaycan tərəfi bu məsələni etnik revanşizmin yox, hüquqi və humanitar əsasların prizmasından təqdim edir. Bu isə dünya ictimaiyyətinin anlayış və dəstəyini qazanmaq üçün daha əlverişli bir yanaşmadır. Nəticə olaraq, Ermənistanın isterik reaksiyaları mövzunun özəyini dəyişmir. Məsələ ərazi deyil, hüquq məsələsidir. Və hüququn yanında olmaq Azərbaycanın haqlı mövqeyinin əsas sütunudur. Əlbəttə, biz Qərbi Azərbaycan mövzusunda ona görə ürəklə danışırıq ki, bölgədə yeni gerçəklik yaratmışıq. O cümlədən biz haqlı tərəfik”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ