Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

Image


Sadıq Qarayev: "Azərbaycana göstərilən növbəti etimad BMT-nin  COP29 tədbirinə ölkəmizin uğurla ev sahibliyi etməsinin dünya tərəfindən birmənalı olaraq qəbul edildiyinin təsdiqidir"

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi, tədbir çərçivəsində əldə edilən nailiyyətlər, uğurlu nəticələr ölkəmizə növbəti etimadların göstərilməsini  şərtləndirib. 

Belə ki, 2-13 dekabr 2024-cü il tarixlərinda Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

XİN-dən verilən məlumata görə, sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövləti daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub.

12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir.

"Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki..."

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycana növbəti etimadın göstərilməsi çox müsbət göstəricidir və dövlətimiz bu etimada layiq olduğunu indiyə qədər həyata keçirdiyi bütün uğurlu işlərlə, başlıcası isə COP29-a ev sahibliyi etməklə bir daha dünyaya sübut edib. "Azərbaycanın Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilməsi çox müsbət göstəricidir. Buna əsas olacaq səbəblərdən biri odur ki, Azərbaycan COP29 kimi mötəbər beynəlxalq bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdi, bununla da COP tarixində ortaya bir nümunə qoydu. Bir sıra xarici mərkəzlərin, qüvvələrin, bəlli təşkilatların Azərbaycanın ev sahibliyi ilə keçirilən bu tədbirin üstünə kölgə salmaq cəhdləri puça çıxdı. Bu tədbir COP tarixində mühüm rol oynadı. Ona görə ki, tədbirdə inkişaf etməkdə olan kiçik dövlətlərə inkişaf etmiş ölkələrin yardım etməsi məsələsi qaldırıldı və dövlətimizin, şəxsən cənab Prezidentin səyləri, təşəbbüsləri nəticəsində çox çətinliklə də olsa yüksək miqdarda vəsait ayrılmasına nail olundu. 

COP tarixində həlli mümkün olmayan bir sıra  məsələlər Bakıda çözüldü və həllini tapdı. Bütün bunlar iqlim dəyişmələrinin, eyni zamanda antropogen amillərin təsiri ilə biomüxtəlifliyin, meşələrin, floranın, təbiıətin qorunması, ekoloji mühitin, tarazlığın saxlanılması istiqamətində Azərbaycanın həm siyasətdə, həm də praktikada həyata keçirdiyi işlərin nəticəsidir. COP29-da Brazilya nümayəndəsi dünyaya çağırış etdi ki, Brazilya meşələri, Amazon quruyur. Siz də bilirsiz ki, Amazon meşələri sahəsinə görə 480 milyon hektar olmaqla Rusiyadan sonra dünyada ikinci yerdədir. Bu meşələr iqlim dəyişmələrinin təsirindən quruyur. Yəni real hadisədir. Bu, baş verən iqlim dəyişmələrindən dünyanın ikinci böyük meşələrinin quruması deməkdir və bu çağırış Bakıdan dünyaya çatdırıldı. Yeri gəlmişkən qeyd edim ki, Brazilya flora və biomüxtəlifliyinə görə dünyada birinci yeri tutur. Orada 40 minə yaxın bitki növü var. Müqayisə üçün deyim ki, təkcə ümumi Qafqazda 6 minə yaxın bitki növü var. Dünyanın 6 böyük flora vilayəti var, onlardan biri Kap flora vilayətidir ki, Şimali Afrikanı əhatə edir.   Orada beş min növ var. Sadəcə, orda növ müxtəlifliyi çox olduğu üçün oranı ayrıca bir flora vilayət kimi götürüblər.  

Dünyanın meşə sahəsi 4 milyard hektardır. 200 il əvvəl bu iki dəfə çox olub. Yəni son 200 ildə dünya meşələri iki dəfə azalıb. Azərbaycanın meşələri təxminən 12 faiz təşkil edir. Bir insana 0, 2 hektar meşə sahəsi düşür. Halbuki, XVIII-XIX əsrdə Azərbaycanın meşə sahəsi 30-35 faiz olub. İndi qonşu Gürcüstanda meşə sahəsi 30-35, Rusiyada 44 faizdir. Yəni Azərbaycanın meşə sahəsi az olduğu üçün bu əsaslarla dövlət haqlı olaraq, məntiqə uyğun, qabaqcadan planlaşdırılmış şəkildə meşələrin, biomüxtəlifliyin qorunması istiqamətində tədbirlər görür, meşə qoruqları, yasaqlıqlar, milli parklar yaradır. Bütün bunlar dünyanın gözünün qarşısında baş verir və iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəmizi, bununla bağlı biomüxtılifliyi, ekoloji tarazlığı qorumaq üçün atdığımız addımları dünya görür. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib. Azərbaycana göstərilən növbəti etimad  BMT-nin  COP29 tədbirinə ölkəmizin uğurla ev sahibliyi etməsinin dünya tərəfindən birmənalı olaraq qəbul edildiyinin təsdiqidir. Bütün dünya qəbul etdi və təsdiqlədi ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edib və bu səbəbdən də ölkəmiz Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr seçildi".

S.Qarayev əlavə etdi ki, BMT-nin apardığı tədiqiqatlar nəticəsində hər il dünyada 6 milyon hektara yaxın torpaq eroziyaya uğrayır, yəni əkinə yararlı sahə əkinə yararsız sahəyə çevrilir:"Dünyada 4 milyard hektar meşə sahəsi var, amma çox acınacaqlı haldır ki, həm iqlim dəyişmələri nəticəsində, həm  antropogen amillər səbəbindən hər il 10 milyon hektar meşə məhv olur. Müqayisə üçün deyim ki, Azərbaycanın meşə sahəsi 1 milyon hektardan bir az artıqdır. Təsəvvür edin ki, dünyada Azərbaycanın meşə sahəsindən 8 dəfə artıq meşə məhv olur, 6 milyon hektara yaxın əkinə yararlı sahə müxtəlif səbəblərdən erroziyaya uğrayır. 

Azərbaycan dövlətinin bu yöndə apardığı siyasəti, qoruqların, yasaqlıqlarının sayının artrmasını və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə apardığı yaşıllaşdırma, üzümçülüyün bərpası işlərini və sairi dünya görür və bunların əsasında o qərarları verir. Təsəvvür edin ki, həm dünyada bizim gördüyümüz işlər təqdir olunur, dəstəklənir, buna görə Azərbaycana etimad göstərilir, həm də bizə qarşı qarayaxma kampaniyası aparılır, COP29-u boykot etmək yönündə çalışanlar vardı. Sonuncuların cəhdləri alınmadı. Amma  dünyanın gerçək elm və siyasət adamları görürlər ki, Azərbaycan dövlətinin torpağın eroziyasının, su mənbələrinin çirklənməsinin qarşısının alıması, transmilli su hövzələrindən istifadə məsələsində, biomüxtəlifliyin, ekoloji tarazlığın qorunması yönündə apardığı siyasət real nəticələr verir, işğal dövründə yaşıllığa, biomüxtəlifliyə vurulmuş ziyan aradan qaldırılır, ona görə də belə müsbət qərar veriblər".    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ