Fransa müstəmləkəçiliyi bugünədək davam edir.
Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.
"Milyonlarla insan Afrikadan Karib bölgəsinə qovulub. Bu gün Amerika qitəsində ən talesiz qrupların Afrika qitəsindən gəldiyini görürük. Ədalətsizliyin olduğunu qəbul edən təşkilatlar tədbir görməyə çağırır, lakin Fransa bu mövzunu müzakirə etmək istəmir", - deyə o vurğulayıb.