"İsrailin baş naziri Natenyahu ABŞ prezidenti Baydenin Tək- Əvivə gəlişindən çox məmnun görünürdü. Dünyada ictimai rəyin sürətlə İsrailin əleyhinə döndüyü vaxtda Baydenin gəlişi elə- belə fakt deyil. Üstəlik Bayden hamıya açıq mətnlə:" İsrailə düşmənçiıik etmək istəyənlər bunu bilsinlər, əsla olmaz ,olmaz" bəyanatını verdi, daha doğrusu hədələdi.Natenyahunun məmnunluğunun bağlı olduğu köklərdən biri budur... Çox məmnun şəkildə sağ əli ilə Baydenin sol qolunu tumarlayırdı...."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. ABŞ prezidentinin İsrail səfəri, verilən bəyanatlarla bağlı A.Quliyev daha sonra yazır:
Ümumən, 1995- ci ildə İsak Rabinin qətlindən sonra Natenyahunun da mənsub olduğu sağ millətçi dairələrin hakimiyyətdə olduqları dövrlər Ərəb- yəhudi münasibətlərinin ən dramatik dövrləri sayılır.Natenyahu ən radikal və şovinist xətt aparan baş nazirlərdən biridir...
Bayden "HƏMAS Fələstin xalqı demək deyil" deyərək Qəzzaya 100 milyon dollar yardım ayırdığını da bəyan elədi .10 milyard İsrailə, 100 milyon Qəzzaya...
Bəs HƏMAS- ı kim yaratdı? 1978- ci ildə ABŞ- ın vasitəçiliyində Vaşinqtonda Fələstin - İsrail sazişi imzalandı. Şərtə görə İsrail İordan çayının qərb sahillərindən və Qəzzadan çıxmalı idi, hava təhlükəsizliyinə məsuliyyət daşımaqla ərəblərə muxtar idarəçilik verməli idi, beş il sonra isə Fələstin dövləti yaranmalı idi ..Ancaq yaranmadı.
Çünki məsələni o zaman həll etmək marağı yox idi. SSRİ- ni dağıtmaq hədəfi təzə- təzə ortaya çıxırdı. Bunun üçün ərəb dövlətlərinin neft bazarlarındakı rolundan və dünya yəhudi lobbisinin gücündən istifadə etmək lazım idi və təbii ki, Vaşinqton sazişinin icrası tərəflərdən birini incitmək anlamına gələ bilərdi. Beləliklə, Fələstin - İsrail sazişinin icrası yalnız SSRİ dağılandan sonra- 1993- cü il Oslo razılaşmaları ilə yenidən gündəmə qayıtdı.
1978 - ci ildən sonra düz 15 il Vaşinqton sazişinin icrası məqsədyönlü gecikdirildi. Bu gecikmə Fələstində millətçi qüvvələri daha da qıcıqlandırdı və 1987- ci ildə FAT- dan çox fərqli davranan HƏMAS yarandı. Beləliklə , HƏMASI yaradan Fələstin xalqı yox, münaqişənin həllini gecikdirən Qərb ölkələrinin özləri oldu....
İndi altını çəkə bilmirlər....
Mətləb