Bazar günü günü, 08 noyabr 2026
     

“Human Rights Watch” ermənilərin təhlükəsizliyinə Azərbaycanın qarantiyalarını necə şübhə altına alır...

Image


30 ildir ki, "Human Rights Watch" Azərbaycana qarşı qərəzli kampaniya həyata keçirir. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi faciələri, minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün ağır vəziyyətini, itkilərini, sağalmaz yaralarını görmək  istəməyən Human Rights Watch Qarabağı öz xoşuna tərk edən ermənilərin ətrafında əməlli-başlı müdafiə səddi yaradıb.

Azərbaycanla bağlı saysız bədnam hesabatlar yayan bu təşkilat indi də erməni “məcburi köçkün”lərə görə bizi hədəfə alıb. Erməni mediası yazır ki, “Human Rights Watch”ın ayrıca nəşri Qarabağdan köçən Aqnes və ailəsi barədə yazı dərc edib. Başdan-başa iftiradan, yalanlardan ibarət olan yazıda ermənilərin başına “gətirilən facilərdən”, onların necə qaçmasından danışılıb, guya onlar ac-susuz qalıb, zorakılığa məruz qoyulublar, qorxu içində Qarabağı tərk ediblər. Human Rights Watch yazır: “ Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, hər bir Qarabağ sakininin hüquqları qorunacaq. Bununla belə, Azərbaycana qarşı cinayətlər törədənlər cəzasız qalmayacaqlar”. Guya lokal antiterror tədbirləri  “mülki əhaliyə qarşı keçirilib”. Human Rights Watch yazır ki, Azərbaycanın Qarabağdan gedən ermənilərin qayıtması üçün verdiyi zəmanətləri qəbul etmək “çətindir". Guya Azərbaycanın zəmanətinə etimad göstərmək olmaz, guya ermənilər “təhlükəsizliyimizə kim zəmanət verəcək? Əgər ora bizim üçün təhlükəsiz olsaydı, biz heç vaxt evimizi tərk etməzdik" deyirlər. Əlbəttə, ora təhlükəsiz idi və mülkü əhali üçün heç bir problem yox idi, Qarabağdan köçüb gedən  ermənilər bu baxımdan günahı öz başbilənlərində görsünlər ki, onları uçurub apardılar, indi də onların ətrafında siyasi şoular yaradırlar.

“Human Rights Watch” burada Azərbaycanın ermənilərin təhlükəsiz şəkildə qayıdışına, hüquqlarının, təhlükəsizliyinin təmin olunmasına verdiyi zəmanəti yetərsiz hesab edir. İddia edir ki, guya  Azərbaycan onu yerinə yetirə bilməz. Azərbaycanın adından bu cür danışmaq nə deməkdir? Azərbaycanın ermənilərin təhlükəsizliyinə verdiyi zəmanətlərin “Human Rights Watch” təşkilatı tərəfindən şübhə altına alınması nə deməkdir?

  • “Bizə o qədər düşməncəsinə yanaşır ki, gerçəyi görmək istəmir”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər” şərhində bildirdi ki, Qərbdəki əksər beynəlxalq təşkilatların, o cümlədən də “Human Rights Watch”ın Azərbaycana münasibəti dəyişməyib, yenə eyni qərəz, yenə eyni qeyri-obyektiv mövqe göstərilir. “Qarabağda yaşayan ermənilər bizim torpaqları könüllü tərk ediblər. Bu birmənalı olaraq belədir. Bunu sübut edən saysız faktlar, onların özlərinin etirafları var. Heç kəs onları qovmayıb, getməyə məcbur etməyib, Azərbaycan mərkəzi hakimiyyətinin reinteqrasiya təklifini qəbul etmədilər, Azərbaycan qanunları çərçivəsində bizim vətəndaşlar kimi yaşamaq istəmədikləri üçün çıxıb getdilər. Daha doğrusu, Paşinyan-Makron cütlüyü, eləcə də separatçı “lider”lər onları getməyə məcbur etdilər ki, yenə də ermənilər üzərində Azərbaycana qarşı bir oyun qursunlar. Ermənilər normal tayfa olsaydılar, onun-bunun əlində alət olmazdılar. Necə ki, 35 ildən çoxdur onları gah Fransa, gah ABŞ, gah da başqa dövlətlər əllərində oyuncaq kimi oynadır. Çox təəssüf ki, bu qədər hadisələrdən onlar nəticə çıxara bilmədilər. Qaldı özünü beynəlxalq insan haqları təşkilatı elan edən “Human Rights Watch”a, biz bu qurumu həmişə Azərbaycanı  tənqid edən qərəzli hesabatlar yayan görmüşük.  Bu gün təəssüf ki, bir çox beynəlxalq təşkilatlar kimi o da əyri yol tutub. Bu təşkilatın  Azərbaycan dövlətinin ermənilərin təhlükəsizliyinə verdiyi zəmanətə şübhə ilə yanaşması onun sərhədsiz qərəzindən irəli gəlir. Onun Azərbaycanın çağrışlarına qeyri-obyektiv don geydirmək niyyəti ikili standartlara əsaslanır.  Bizə o qədər düşməncəsinə yanaşır ki, gerçəyi görmək istəmir. Halbuki, Azərbaycan dövləti verdiyi zəmanətə sadiqdir. Dəfələrlə rəsmən bəyan edilib ki, etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olduqları zaman digər Azərbaycan vətəndaşları kimi qanunlarımızın verdiyi bütün hüquqlardan istifadə edə biləcəklər.  Azərbaycan etnik cəhətdən zəngin ölkədir, burada müxtəlif xalqlar qardaşcasına yaşayırlar, erməniləri də burada heç bir təhlükə gözləmir. Bu baxımdan, adıçəkilən təşkilatın yanaşması qərəzlidir. Fikrimcə, “Human Rights Watch”ın Azərbaycan dövlətinin Qarabağdan köçüb gedən ermənilərin geri qayıtması üçün  verdiyi zəmənəti şübhə altına almaq cəhdləri uğursuzdur. Azərbaycanda onları heç bir təhlükə gözləmir, əksinə, Azərbaycan vətəndaşı kimi daha yüksək həyat şəraiti əldə edə biləcəklər”-deyə S. Adıgözəlli vurğuladı.        

O qeyd etdi ki, ermənilərin qayğısına qalan “Human Rights Watch” azərbaycanlı qaçqınlarla, köçkünlərlə heç zaman maraqlanmayıb.

S.Adıgözəllinin sözlərinə görə, “Human Rights Watch” kimi təşkilatlar heç zaman bizim bölgədə sülhün bərqərar olmasını istəmirlər, çünki burada əminamanlıq olarsa onların “qazanc yerləri” bağlana bilər. Hansısa bir beynəlxaq təşkilatın Azərbaycan dövlətinin yerinə qərar vermək niyyətində olmasının qəbuledilməz olduğunu deyən S.Adıgözəlli qeyd etdi ki, Azərbaycan dövlətinin çox mükəmməl daxili və xarici siyasəti var və Qarabağdan köçüb gedən ermənilərin də məsələsi Azərbaycanın daxili işidir. “Odur ki, o təşkilat gedib əsl vəzifəsi ilə məşğul olsa yaxşıdır, onun Azərbaycanın verdiyi zəmanəti şübhə altına almağa, hansısa ləkə yaxmağa haqqı yoxdur. Azərbaycanin dövlətin başçısı həmişə verdiyi sözü yerinə yetirib. Necə deyərlər, sözümüz imzamızdır.  Azərbaycan Prezidenti sözünü deyib və bütün dünya bilir ki, o, sözünün ağasıdır. İndi kimin nə danışmasının əhəmiyyəti yoxdur. Heç kəs o erməniləri zorla qovmayıb, qalıb yaşayaydılar”-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ