Azərbaycanın təşəbbüsü ilə biz özümüzə dəstək tapmağa çalışırıq. Trend xəbər verir ki, bu barədə Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier mətbuat konfransı zamanı deyib.
“Fransa çalışır ki, müstəmləkədən çıxarılan ölkələr siyahısında bizim adımız olmasın. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinə çıxış əldə etdik və onlardan dəstək istəyirik. Biz yenidən referendum keçirilməsini tələb edirik. Çünki bundan öncəki referendumda iştirak etmədik. Beynəlxalq aləmin dəstəyini almaq istəyirik. Azərbaycana səylərinə görə təşəkkür edirik və bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılmasına kömək istəyirik”,- deyə o, əlavə edib.