Korsika Fransa tərəfindən müstəmləkəyə məruz qalıb. Trend xəbər verir ki, bunu Korsika Liber partiyasının üzvü Jan Jacque Rodriguez mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Korsikada kütləvi qırğınlar oldu, müstəmləkə hərbi yolu ilə aparıldı.
“Artıq 250 ildir Korsika müstəqilliyini bərpa etməyə çalışır. Bizim əhalimizin bir qismi deportasiya edildi. Korsikada nüvə silahlarının sınağı keçirləcəkdi. Lakin bu ərazilər Fransaya yaxın olduğu üçün bu sınaqlardan imtina etdilər”,- deyə o, əlavə edib.
Jan Jacque Rodriguez bildirib ki, Korsikaya səlahiyyətlər verilsə də, qəbul edilən qərarlara veto qoymaq hüququ onlardadır. O qeyd edib ki, Makron Korsika xalqı terminindən istifadə etməməyə çalışır.
“Onlar birlikdən, bərabərlikdən danışırlar, lakin bizi xalq olaraq tanımırlar”,- deyə o, əlavə edib.