40 ildir müstəqillik üçün mübarizə aparırıq. Fransa isə mübarizəmizə qarşı maneələr törədir. Trend xəbər verir ki,bu barədə Tahiti azadlıq partiyasının üzvü Heinui Le Cail mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, 100 il öncə Fransanın müstəmləkəsinə məruz qalınıb.
“Bu siyasət silahlarla, müharibələrlə həyata keçirildi. İnsanlarımız qətlə yetirildi. Fransa bizim düşüncə tərzimizə qədər “fransızlaşdırmaq”a çalışır. Onlar fransız cəmiyyəti modelini bizə ötürməyə çalışırdılar. Dindən müstəmləkə silahı kimi istifadə edirdilər”,- deyə o, əlavə edib.
Tahiti azadlıq partiyasının üzvü bildirib ki, Makron seçkilərdən öncə müstəmləkəçiliyi cinayət adlandırmışdı. O qeyd edib ki, Makron düşünür ki, başqa ölkələrin etdiyi müstəmləkə cinayətdir, lakin Fransanın etdiyi cinayət deyil.
“Biz 40 ildir mübarizəmizi davam etdiririk. Azərbaycana da bu şəraiti yaratdığına görə təşəkkür edirik. Bu təşəbbüslə bizim Qoşulmama Hərəkatı ölkələrinə çıxışımız oldu və səsimizi daha çox çatdıra bilərik”,- deyə o, əlavə edib.