Fransa hər kəsə insan haqları dərsi verməyə çalışır. Lakin özü heç bir dərs almır. Trend xəbər verir ki, bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransa ideoloji bir mühitə çevrilməyə çalışır.
“Öz doğru bildiklərini tətbiq etməyə çalışır. Azərbaycanın daxili işinə qarışması bunun göstəricisidir”, - deyə o əlavə edib.
Luk Karole bildirib ki, Martinikada məscid var. Bu, müsəlmanlar üçün nəzərdə tutulub. O qeyd edib ki, lakin o məscid 25 ilə inşa olundu.
“Onlar məscidin tikintisinə mane olurdular. Burada da ikiüzlülük görürürük. Dedikləri və etdikləri fərqlidir”,- deyə o əlavə edib.