Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın. Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakop Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransa Avropa İttifaqında müstələməkə tərəfdarı lobbilərin səsinin eşidilməsinə çalışır.
“Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar”,- deyə o bildirib.
Yakop Bisep bildirib ki, Avropa İttifaqının demokratiya ilə bağlı miflərinə son qoymaq lazımdır. O qeyd edib ki, onlar yalnız Qərb, Avropa dövlətlərinin maraqlarını müdafiə etmək üçün bir araya gəlirlər.
“Bu səbəbdən onlara öz mübarizəmizi çatdırmaq mənasızlaşır. Fransa da müstəmləkəçiliyini gizlətməyi bacarır”,- deyə o əlavə edib.