Paşinyanın Avroparlamentdə çıxışından sonra Rusiya rəsmi dairələrinin bu çıxışdan ciddi narahat olacaqları öncədən gözlənilirdi.Diplomatik mənbələrdən məlum olub ki, Rusiya XİN Ermənistanın Xarici İşlər Nazirliyinə məzmunu açıqlanmayan məktub göndərib.
Rusiya XİN- də mövcud rəylərə görə Paşinyanın məruzəsinin sətirləri arasında Rusiyaya qarşı daha təhlükəli mətləblər var.Rəylərə görə Kreml bu dəfəki reaksiyanı açıqlamaq niyyətində deyil və Ermənistanla " kuluar müzakirələrinə " daha üstünlük veriləcək.Bunun səbəbi belə izah olunur:" Putin özü də daxil Rusiya rəsmiləri Paşinyanın sağ- sol açıqlamalarına özlərinin son redaksiyalarının girovuna çevriliblər.Bu yaxınlarda Bişkekdə Putin açıq dedi ki, Rusiya - Ermənistan münasibətləri və Paşinyanla münasibətlərimiz normaldır.Belə sözlərdən sonra açıq şəkildə necə müzakirəyə çıxarsınlar ki, Paşinyan Rusiyaya düşmənçilik mövqeyi tutur.Belə görünür ki, Rusiya rəsmiləri Paşinyanın həmlələrini çox da qabartmamaqla onu yola gətirmək istəyirlər.Putin , Lavrov elə - belə demirlər ki, biz Ermənistanın MDB- dən, KTMT- dən çıxacağına inanmırıq.
Xatırladaq ki, bu fikirlər diplomatik mənbələrə yaxın çevrələrdə gedən müzakirələri əks etdirir..
Namiq Quliyev