BMT elan etdi ki, bu illərdə müstəmləkəçiliyə son qoyulmalıdır. Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir.
“Öz torpaqlarımızdakı əhali ilə çalışırıq ki, bu məsələ sürətlənsin. Fransa özünü beynəlxalq səviyyədə insan haqları müdafiəçisi kimi təqdim edir. Lakin biz onu göstərmək istəyirik ki, Fransa müstəmləkəyə məruz qoyduğu dövlətlərə bu cür yanaşmır”, - deyə o əlavə edib.
"Biz istəyirik ki, müstəmləkəçiliyə sakit şəkildə son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir" deyən Qaston Samit qeyd edib ki, Fransanı yalnız öz maraqları düşündürür.
“Bir sıra ölkələrdə Fransa müstəmləkəçiliyinə son qoyulsa da, hələ də orada Fransa təsirləri özünü göstərir”,- deyə o əlavə edib.