Fransa Martiniki ayrıca xalq olaraq görməkdən imtina edir. Trend xəbər verir ki,bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
"Biz öz aramızda ana dilimizdə danışırıq. Lakin Fransa regional dillərlə bağlı qanuna imza atmayıb. Biz yaxın zamanda bir sənəd qəbul etdik ki, öz dilimiz Fransa ilə eyni statusa bərabər olsun. Lakin Fransa isə deyir ki, tək rəsmi dil fransız dilidir. Onlar başqa dilin rəsmi dil olmasından imtina edir”,- deyə o əlavə edib.