Azərbaycana bu təşəbbüsə görə təşəkkür edirik. Trend xəbər verir ki,bu barədə Quadelupun azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Bakı Konfrasının digər müsbət tərəfi Fransa müstəmləkələrinə qarşı mübarizə aparan təşkilatların bir araya toplaşa bilməsidir.
“Hazırda mübarizə aparanların saxlanılması halı olmayıb. Lakin bu, Fransa təhlükəsizlik orqanlarının nəzarətindədir. Çünki biz Azərbaycanla təmasdayıq və artıq BMT-yə səsimizi çatdıra bilirik”, - deyə o əlavə edib.