Korsikaya muxtariyyət təklif edilib, lakin onlar bundan imtina edib. Trend xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, muxtariyyət o deməkdir ki, Fransa konstitusiyası çərçivəsində yaşayacağıq.
“Biz Fransa qanunları ilə olan heç bir muxtariyyəti qəbul etmirik”,- deyə o əlavə edib.
Fransanın məqsədi assimilyasiya etməkdir deyən Yakob Bisep qeyd edib ki, Fransa bu siyasətinə ilk olaraq dildən başlayır.
“Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır”,- deyə o əlavə edib.