Fransa insan haqları ölkəsi hesab edilir, lakin bizim ölkələrimizdə yerli xalqa qarşı müstəmləkə siyasəti aparır. Trend xəbər verir ki,bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransa xalqlarımıza qarşı soyqırımı törədib.
“Fransanın iqtisadiyyatını inkişaf etdirmək üçün onlardan qul kimi istifadə edilib. Nigeriya, Senaqal kimi ölkələr də müstəmləkəçiliyə məruz qalırlar. Onlar azad olmaq üçün mübarizə aparırlar”, - deyə o əlavə edib.
Luk Karole deyib ki, Fransanın müstəmləkəçiliyi ilə mübarizədə beynəlxalq təzyiqlər olmalıdır. O qeyd edib ki, artıq Fransa imperialist mövqedən çıxış edə bilmir.
“ Ancaq Fransa öz səylərini davam etdirir və radikallaşma gözə çarpır”,- deyə o əlavə edib.