Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə liderinin bununla bağlı sosial şəbəkədəki paylaşımında deyilir:
“Dünyada tayı bərabəri olmayan bir qardaşlığa sahib olduğumuz Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Prezident İlham Əliyev qardaşıma və bütün Azərbaycan xalqına bu qürur günü vəsiləsi ilə Türkiyənin salamını çatdırıram”.