İqlim dəyişikliyi üzləşdiyimiz ən başlıca çağırışlardandır və bütün millətlərə təsir edir.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilata ünvanladığı məktubu oxuyarkən deyib.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib”,- deyə o əlavə edib.