Cümə günü, 13 noyabr 2026
     

Brüssel danışıqları Ermənistanı çalxalayır

Image


Azərbaycan diplomatiyasının növbəti Brüssel uğuru bu gün sözün əsl mənasında Ermənistanı çalxalayır. Bu barədə danışmazdan öncə xatırladaq ki, Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti gərgin və uğurlu görüş baş tutub. Görüş əvvəlcədən iki saat planlaşdırılsa da, 5 saatdan çox davam edib və bir çox məsələlər müzakirə olunaraq növbəti mərhələdə icrası üçün razılaşdırılıb.

Bunlar fonunda o da faktdır ki, Paşinyan razılaşdırılan məsələlərin icrasını müəyyən olunmuş müddətlərdə icra etmək istəsə də, Ermənistana kənardan təzyiqlər göstərilir, keçmiş hökumət nümayəndələri öz tərəfdarları vasitəsilə insanlara pul paylayaraq icazəsiz aksiyalar təşkil edir, yaranmış vəziyyətdən yararlanaraq hakimiyyəti yenidən ələ keçirməyə çalışırlar. Bu xüsusda “armenianreport” portalı yazır: “Hökumət təyyarəsi İrəvana enən kimi müxalifət Paşinyana xüsusi qəzəblə hücum edib, onu “Qarabağ və Ermənistanı təslim etməkdə”, yəni Əliyevlə Aİ-nin himayəsi altında Brüsseldə aparılan danışıqlarda ittiham edib. Təbii ki, fakta nəzər salsanız, indi vəziyyət erməni dövlətlərinin xeyrinə deyil. Amma məsələyə ayıq baxaq - indi Nikol Paşinyanın yerində başqası olsaydı, o, prosesi bizim xeyrimizə dəyişə bilərdi? Əslində Brüsseldə əvvəlki iki görüşdə olduğu kimi eyni şey müzakirə olunub. Bəli, Qarabağın statusu ilə bağlı heç bir işarə yoxdur. Amma kimsə başqa cür gözləyirdimi? Bu gün Avropa Rusiya ilə qarşıdurma şəraitində neft və qaz tədarükünü şaxələndirməyə ciddi ehtiyac duyur. Azərbaycan isə burada Aİ üçün son dərəcə vacibdir. İstəsək də, istəməsək də, bu faktdır, ona görə də Avropa indi Azərbaycan tərəfi ilə fəal şəkildə oynayacaq. Avropalılar isə kommunikasiyalar, sərhədlər və nəticədə yekun sülh müqaviləsi məsələsi ilə bağlı bizə təzyiq edəcəklər.

Lakin Ermənistanı guya sındıran hər şeydə “lənətə gəlmiş Qərbi” günahlandırmaq da doğru deyil. Moskva da eyni məcrada hərəkət edir. Köçəryançıların, sarkisyançıların bizi axmaq kimi qəbul edib Qərbə qarşı yönəltməyə çalışmalarına ehtiyac yoxdur. Axı əslində Moskvanın Qərbdən heç bir fərqi yoxdur. Lavrovun açıqlamalarına nəzər salmaq kifayətdir ki, rusların da Azərbaycan üçün, belə demək olarsa, canlarından keçə biləcəyini görəsən. Əks halda, Bakı heç vaxt Qarabağda hərbi əməliaytlara hücum etmə risqi daşımazdı. Kreml də indiki geosiyasi şəraitdə onun üçün son dərəcə vacib olan Bakı və Ankaranı sakitləşdirmək üçün erməni dövləti hesabına öz “sülh gündəmini” həyata keçirir. Və bəli, Rusiyadan fərqli olaraq, Qərb Azərbaycan ordusunu hücum etmək üçün silahlandırmadı. Əslində, Qərb də, Rusiya da bizi vecinə almır. Onların hər biri öz gündəmini həyata keçirməyə çalışır. Fərq detallardadır, mahiyyətdə deyil. Onların arasında erməni xalqının maraqları üçün deyil, “baş sülhməramlı” olmaq hüququ uğrunda rəqabət gedir,

Yeri gəlmişkən, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında mayın 23-də baş tutan telefon danışığı da bu kontekstə uyğundur. Xarici İşlər Nazirliyimizdən verilən məlumata görə, “tərəflər 9 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi, eləcə də Ermənistan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması ilə bağlı məsələləri müzakirə edib. Həmsöhbətlər regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması məsələlərinə toxunublar”. Yəni Paşinyan Brüsseldən qayıdan kimi narahat olan Moskva artıq zəng vurur və öz gündəliyini həyata keçirməyə çalışır. Yəni yenə də Rusiya ilə Qərb arasında rəqabət. Bunun günahkarı Paşinyandır? Əlbəttə yox. Ruslar da, avropalılar da ancaq “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasından” danışırlar. Təbii ki, Paşinyana qarşı çoxlu şikayətlər var. Amma baş verənlərə görə günahkar tək o deyil. Axı Ermənistan 20 ildən artıqdır ki, Köçəryan və Sarkisyan tərəfindən amansızcasına işgəncələrə məruz qalıb, indi isə bütün itləri indiki hakimiyyətin üstünə qısqırtmağa çalışırlar. Məhz onlar korrupsiya və cinayətləri gizlətməklə Ermənistan ordusunu darmadağın ediblər”. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan da məsələyə eyni prizmadan yanaşır: “Brüssel bəyanatında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ tamamilə rədd edilir. Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün Qarabağa heç bir aidiyyəti olmadığından başlayaraq, tarixi əhəmiyyət kəsb edən əsas tezislərimizi ardıcıl olaraq puça çıxarır. Onlar Zəngəzurdakı qeyri-qanuni Azərbaycan hərbi obyektlərinə haqq qazandırıb və ya qanuniləşdirib, bizim ərazi yurisdiksiyamızdan vaz keçiblər. Zəngəzurda yollar elə tikilir ki, Azərbaycan silahınn hədəfi altına düşür. Beynəlxalq mexanizmlər məsələsində dövlətimizin əl-qolunu bağladılar, ölkəni geosiyasi maraqların qurbanına çevirdilər. Bütün bunlar Azərbaycanın əl-qolunu açıb. Erməni xalqının sayıqlığını boğdular və boğmaqda davam edirlər”. “Hayastan” müxalifət blokunun deputatı Andranik Tevanyan da Brüsseldə Əliyev-Paşinyan-Mişel üçtərəfli görüşünün nəticələrinin ölkəsinin lehinə olmadığını qeyd edir və bunu belə əsaslandırır: “1. Danışıqlar Azərbaycanın təqdim etdiyi 5 prinsip və Türkiyə və Azərbaycanın diqtə etdiyi gündəm çərçivəsində aparılıb. Rəsmi İrəvanın təqdim etdiyi 6 bəndlik cavab hətta müzakirə predmetinə çevrilməyib, çünki Qarabağ münaqişəsinin statusu məsələsi sadəcə gündəmdə deyil. 2. “Dağlıq Qarabağ” və “Qarabağ münaqişəsi” terminləri danışıqlar leksikonundan çıxarılıb. Şarl Mişelin bəyanatında “Qarabağdakı etnik erməni əhalisi” ifadəsi işlədilib. Bu o deməkdir ki, Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkibinə daxil olmasına razılıq verib və indi söhbət yalnız Azərbaycanda yaşayan etnik azlıq kimi Qarabağ ermənilərinin hüquqlarından gedir. Bu, təbii ki, yeni xəbər deyildi, çünki rəsmi İrəvan Azərbaycana təqdim etdiyi 6 bənddən ibarət məktubda ermənilərin Azərbaycan daxilində təhlükəsizliyi və hüquqlarından bəhs edib. 3. Anklavlar məsələsi kifayət qədər çaşqın, gizli forma alıb, dəhliz məsələsinə isə aydınlıq gətirilib. Onlar Qərbi Azərbaycan və Naxçıvan ərazisindən Ermənistanın müxtəlif rayonları arasında Azərbaycan ərazisi ilə, eləcə də iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaların aparılması prinsipləri barədə razılığa gəliblər. Bu barədə Mişelin bəyanatında deyilir (Onlar Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəliblər). “Ermənistanın müxtəlif rayonlarını birləşdirmək üçün Azərbaycan ərazisindən tranzitlə keçmək” bizim Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində yaranmış vəziyyət deyilsə, bəs nə deməkdir? Bildiyiniz kimi, bu bölmə Paşinyanla Əliyev arasında şifahi razılaşma nəticəsində Azərbaycana verilib. İndi onlar eyni şeyi Tavuş və Ararat bölgələrində, lakin Aİ-nin himayəsi altında, çaşdırıcı ifadələrin köməyi ilə etməyə razılaşıblar. 4. Mişelin bəyanatının geosiyasi məqamı ondan ibarət idi ki, Qərb Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən, həmçinin demarkasiya, delimitasiya prosesindən, nəhayət, Qarabağdan sıxışdırıb çıxarmaq istəyir. Rusiya sülhməramlılarının mandatı barədə bir kəlmə də yoxdur. Üstəlik, Qarabağ erməniləri Azərbaycanda yaşayan milli azlıq hesab olunur, onların hüquqlarını və təhlükəsizliyini Bakı təmin etməlidir. 5. Ermənistanın daxili siyasi həyatında dəyişikliklərə səbəb olana qədər Qərb, Türkiyə və Azərbaycan bütün güzəştləri Nikol Paşinyandan almağa tələsir. Təsadüfi deyil ki, Brüsselin himayəsi altında gözlənilən görüşlərin və addımların qrafikləri dəqiqləşdirilib”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ