Cümə axşamı günü, 08 oktyabr 2026
     

Cahana sığmayan Azərbaycan şairi

Image


Qüdrətli ədəbiyyat nəhənglərinin bədii dühasından və idrakından doğan əsərlər ədəbi düşüncəmizin formalaşmasında önəmli rola malikdir. Poeziyamızın zəngin dövrlərindən biri orta əsrlərdir ki, bu dönəmdə Azərbaycanın bir sıra şairləri, mütəfəkkirləri yazıb-yaradıb. Orta əsr Azərbaycan poeziyasının görkəmli simalarından biri də İmadəddin Nəsimidir.

İ.Nəsimi ədəbi fikrin inkişafındakı möhtəşəm xidmətləri ilə orta əsrlərdə Şərq dünyası miqyasını aşaraq, beynəlxalq aləmdə də əsl sənət ulduzları kimi parlayıb. Haqqında danışdığımız şəxs ümumşərq miqyasında qüdrətli şair kimi tanınan böyük sənətkardır.

Danılmaz faktdır ki, Nəsimi dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir.

Mənəvi kamillik konsepsiyasını ifadə edən Şərq poeziyasında Nəsiminin lirikası fərqli bir mövqeyə malikdir. O, əsərlərində idealla insanlıq arasında bərabərlik yaratmağa nail olub. Daha doğrusu, İmadəddin Nəsimi insanı ilahi qüdrətə malik ideal miqyasında vəsf edib. Onun şeirlərində insan orta əsrlər Şərq və Azərbaycan poeziyasında olduğu kimi, yaxud aşiqanə üslubdan daha çox konkret olaraq fərdin mənəvi ucalığı, şəxsiyyətin daxili azadlığı və əzəməti formatında təqdim olunub. Nəsimi insanı klassik Azərbaycan şeirindəki eşq mehrabından çıxararaq, ilahi varlıq müstəvisinə doğru yol gedən həqiqət aşiqi qismində tərənnüm edib. Nəsimi daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərin meydanını genişləndirib. Bundan başqa, Nəsiminin poeziyasında nəsihətçilik arxa planda qalıb, həyat fəlsəfəsi və mübarizə ruhu ön mövqeyə keçib. Nəsimi özü də keşməkeşli tərcümeyi-halı və mübariz ruhlu şeirləri ilə kamil insan obrazının möhtəşəm şair-mütəfəkkir abidəsi kimi ucalır.

  • Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının tükənməz xəzinəsidir

Bəllidir ki, Nəsimi cəmi 48 il ömür sürüb və 3 dildə yazıb-yaradıb. Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaradan şairin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırmaqda davam edir.

Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Azərbaycan xalqı məhz həmin möhkəm milli-mənəvi dayaqlar və davamlı böyük ənənələr əsasında zaman-zaman formalaşma və dirçəliş mərhələləri keçərək, indiki yüksək inkişaf səviyyəsinə gəlib çatıb.

Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi Nəsimi yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.

Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıçılığı ilə tərənnüm edən müəllimdir, ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir.

Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Nəsimiyə görə, “mən” həyatdır, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Şairin fikrincə, insan bütöv bir aləmdir, insan kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir.

Onu da bildirək ki, Nəsimi yaradıcılığının böyük tərbiyəvi və maarifçi əhəmiyyəti var. Bu gün gənc nəslin əxlaq tərbiyəsində Nəsimi yaradıcılığı kamil insan düsturunu öz misralarında oxucuya aşılayır. Bu kamillik, insan qüdrəti heyranedici bir himn kimi səslənir. Və bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar müasir pedaqoji fikrin əsas ideyaları ilə uzlaşır.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirdi ki, Nəsiminin anadilli poeziyamıza gətirdiyi və qəzəlin qəlibindən istifadə ilə ayrıca poetik forma şəkli verdiyi bir sıra poetik fiqurların spesifik xüsusiyyətlərindən bəhs edib: “Nəsimi şeiriyyətini sevdirən cəhətlər dilin təbii axarı, uğurlu özünüifadədir. Nəsimi şeirində sözlər sərtləşə bilir, yumşala bilir, elastikləşə, gözəlləşə və canlana bilir”.

S.Şıxıyevanın sözlərinə görə, şairin mövzu seçimi dəyişkən və rəngarəng olub. O, eyni zamanda, Nəsiminin təbliğatçı şair olduğunu, “mən” şəxs əvəzliyinin Nəsimidə qrammatik bir vasitə olmaqdan çıxaraq təsəvvüfi-fəlsəfi məzmun daşıdığını da dilə gətirdi.

  • Nəsiminin söz ümmanından bəhrələnənlər

Təkcə Azərbaycanın deyil, ümumiyyətlə, türk divan və təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsimi özündən sonra çox uzunömürlü bir ədəbi məktəbin sarsılmaz təməlini qoyub. Şairin çox mürəkkəb fəlsəfi fikirlərinin türk dilinin və əlbəttə ki, öz hisslərinin təbii axarına müvafiq şəkildə ifadəsi onun şeirinə səmimiyyət və canlılıq verib. Bu səmimilik Nəsimi şeirinin həmişəyaşarlığını təmin edərək, sonrakı dövrlərdə yazıb-yaradan söz ustalarını onun təsir dairəsinə cəzb etdi. Şairin hürufilik, irfan və fərdi düşüncədən süzülüb gələn fikirlərinin mürəkkəblik və sinkretizmi isə onun şeirinə bir əsrarəngizlik verərək, həm cəlbedici, həm də əlçatmaz etdi.

Nəsiminin Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Türkmənistan və İraq türkmən ədəbiyyatında davamçıları çox olsa da, az bir qismi onun sözünü incəliklərinədək dərk edərək qavraya bildi və onun dediklərinə nə isə əlavə etmək iqtidarında oldu. Nəsimi məktəbinin nümayəndələrinin sayı isə Nizami və Füzulinin ardıcıllarından sayca az deyil, bəlkə çoxdur. Çünki onun söz sənətinin təsiri divan, təriqət, yazılı, şifahi, türk, yaxud da farsdilli ədəbiyyat məhdudiyyəti tanımır.

  • Nəsiminin ədəbi nüfuz dairəsi türk ədəbiyyatı ilə məhdudlaşmır

Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin özülünü qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündən sonrakı nəsillər üçün ədəbi irs qoyub gedib. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoyub. Zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin deyə ikiyə bölmür, milli ayrıseçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şeirlərində insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm etməklə insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf edib. Onun lirik qəhrəmanı düşünən və duyan kamil insan idi. O insan ki, nəfs yolunu deyil, ali bir eşq yolunu tutaraq kamala çatır, haqqa qovuşur. Haqqı özündə taparaq həqiqəti, gerçəkliyi duyur.

Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm.
Gör bu əsrarı nə müğləq söylərəm,
Sadiqəm qövlümdə, səddəq söylərəm

Böyüməkdə olan gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasında, oxucuların mənən kamilləşməsində Nəsimi irsinin xüsusi əhəmiyyəti var. Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsilə əlaqədar olaraq bu səpkidə çoxlu sayda maarifləndirici tədbirin, layihələrin keçirilməsi daha məqsədəuyğundur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il noyabr ayının 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu il yanvar ayının 11-də “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzalayıb. Bu sərəncamlar dövlət başçısının Nəsimi yaradıcılığına verdiyi yüksək dəyərdən xəbər verir.

Böyük şair, mütəfəkkir, qüdrətli söz ustadı Nəsiminin bəşəri ideyalarla zəngin irsi təkcə özündən sonrakı klassik Azərbaycan ədəbiyyatının, ana dilində poeziyamızın deyil, həmçinin, Yaxın Şərqdən Mərkəzi Asiyayadək bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına təsir göstərib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dahi şairin 650 illik yubileyi, eləcə də ölkəmizdə elan edilən “Nəsimi ili” mədəniyyət, təhsil, elm ocaqlarında silsilə tədbirlər, layihələrlə qeyd edilir.

Məlumat üçün bildirək ki, kitabxanalarda Nəsiminin əsərlərinin nəşrləri, şairin həyat və yaradıcılığı haqqında çoxlu kitab, monoqrafiyalar var. Şairin əsərləri rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə də işıq üzü görüb. Nəsimi haqqında müxtəlif ekran, səhnə, musiqi əsərləri var, amma humanizm carçısı olan şairin irsi ilə ən yaxın, bilavasitə tanışlıq mənbəyi onun özünün əsərləridir.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ