çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanın qədim müdafiə qalaları - İrəvan, Keçi, Sərdarabad... qalaları necə oldu?...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında İrəvanın, bütövlükdə Qərbi Azərbaycanın hərbi istehkam məqsədilə tikilən qalalarından danışacağıq. Bu qalalar barədə tarixi mənbələrdə xeyli məlumatlar var.

İndiki Ermənistan ərazisində vaxtilə mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası tariximizin qürur mənbəyidir. Ulu babalarımız tərəfindən yurdumuzun müdafiəsi məqsədilə tikilən bu qalaların hər biri bir tarixdir. 

Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı Nazim Mustafa bu barədə yazır: “İndi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhər­lər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı döv­rünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.

İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi yazır ki, Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur...”

Tədqiqatçı Keçi qalası barədə də maraqlı fakt təqdim edib: “Fransız səyyahı Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. Yol qeydlərinə əsasən yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin planını öz əsərinə daxil etmişdir. Tavernyenin yazdığına görə, Zəngi çayının sahilindəki təpədə salınan, 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olan İrəvan qalasının şimal tərəfə açılan bir darvazası olmuşdur. Tavernye qalanın sakinlərinin yalnız müsəlmanlarda ibarət olduğunu yazmışdır.

1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şardən İrəvan qalasını belə təsvir etmişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar… Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir… Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır””.

Tarixçilər qeyd edir ki, Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd bölgəsi və İrəvan məntəqəsi daha da sürətlə inkişaf edib: “İstər orta əsr səyyahları, istərsə də XVIII-XIX əsrlərə aid müxtəlif dilli ilk mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamverdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. Həmin məlumatlar da bu qalaların sahiblərinin – bölgənin aborigen əhalisinin məhz Azərbaycan türkləri olduğunu təsdiq edirlər.

İrəvan qalasının tutulması ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiya imperiyasının tərkibinə qatıldı. İşğaldan sonra Qacarlar İranı və Osmanlı dövləti ərazilərindən köçürülüb gətirilən ermənilər İrəvan bölgəsində mövcud olan bütün tarixi abidələrimiz kimi, İrəvan qalalalarını, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi tarixinin ən şanlı və ən parlaq simvolu olan İrəvan və Sərdarabad qalalarını da dağıdıb məhv etdilər”.

Tədqiqat İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.

Tarixçi Güntəkin Nəcəfli bildirir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Lakin tarixin amansız axarlarında, 1918-ci ildə İrəvan şəhəri ermənilərə güzəşt edildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı. İrəvan (Çuxursəd) bölgəsinin yerləşdiyi ərazi qədim dövrdə və erkən orta əsrlərdə Urartu, Əhəməni, Sasani, Ərəb Xilafəti, orta əsrlərdə Sacilər, Salarilər, Şəddadilər, Səlcuqlar, Atabəylər, Hülakülər, Cəlairilər və hətta Teymur dönəmində də Azərbaycanın sərhədləri daxilində olmuşdu. Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq Çuxursəd adlanan bu bölgə və onun mərkəzi İrəvan şəhəri daha da sürətlə inkişaf etmişdi.

İrəvan bölgəsi möhtəşəm qalalarının və hərbi istehkamlarının daha çox olması ilə Azərbaycanın digər bölgələrindən fərqlənirdi. Bölgənin yadelli işğalçılarından qorunmasında bu qalalar böyük rol oynamışdı. Müxtəlif dilli orta əsr mənbələri və Rusiya işğalından sonra tərtib edilən rusdilli mənbələr İrəvan bölgəsindəki İrəvan, Qaranquş, Keçi Qalası, Qaraqala, İmamverdi, Sərdarabad, Talın, Gümrü, Şörəyel və digər qalalar haqqında məlumatlar verirlər. İrəvan şəhəri Osmanlı dövlətinin sərhədlərinə yaxın olduğu üçün Şah İsmayıl onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş və bu şəhərdə daha bir qala – Qaranquş qalasını tikdirmişdi. Bunlar mətbuatda yazılanlardır.

Qərbi Azərbaycanın məşhur qalalarından olan və Şəddadilər dövründə tikildiyi deyilən Aşağı Talın qalası Aşağı Talın kəndinin Cənub kənarında yerləşir.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa İrəvan xanlığı inzibati ərazisi haqqında olan yazısında qeyd edir: “Sərdarabad mahalı Araz çayının şimal tərəfındə, Sürməli mahalının qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Körpübasar yə Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı İrəvanın sonuncu xanı Hüseynəli xan dövründə yaradılmışdı. 1817-ci ildə tikintisi başa çatdırılan məşhur Sərdarabad qalası bu mahalda yerləşirdi. Mahalda mövcud olmuş 30 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisinə uyğun gəlir.

Talın mahalı İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayırırdı. Talın mahalı şimaldan Şörəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidə yerləşirdi. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılmışdı. Talın mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Talin rayonunun ərazisinə uyğun gəlir.

Səədli mahalı İrəvan xanlığının ərazicə ən kiçik mahalı idi və onun qərb qurtaracağında yerləşirdi. Həmin ərazidə Arpaçay Araza qovuşurdu. Səədli mahalı şimaldan Talın, qərbdən Qars paşalığı, cənubdan Dərəkənd-Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı yanlış olaraq Saatlı mahalı kimi verilmişdir. Mahalda mövcud olmuş 14 kənddən 5-i rus işğalı nəticəsində dağıdılmışdı. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

Abaran mahalı Ələyəz dağının ətəyində, xanlığın şimal qurtaracağında yerləşirdi. Mahal şimaldan Pəmbək əyaləti, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 61 kənddən 22-si rus işğalı nəticəsində dağıdılmışdı. Abaran mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Abaran rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

Seyidli-Ağsaqqallı mahalı şimaldan Abaran, qərbdən Talın mahalı, cənubdan və şərqdən Körpübasar, cənubi-qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. 20 kəndə malik Seyidli-Ağsaqqallı mahalının 11 kəndi Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Bəzi mənbələrdə Ağsaqqallı tayfasının adı yanlış olaraq Axsaxlı kimi verilmişdir. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdir. Seyidli-Ağsaqqallı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisidir”.

Xalqımızın tarixinin ən önəmli səhifələri olan Qərbi Azərbaycan tarixini dərindən öyrənməli və təbliğ etməliyik ki, gələcək nəsillər tarixi yurdumuzda hansı irsə sahib olduğumuzu bilsinlər…Təbii, bu gün o qalaların əksəriyyəti ya məhv edilib, ya da adı, tarixi saxtalaşdırılıb, amma tarixin, dəqiq bilgilərin izi ilə çox şey əldə edə bilərik…

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ