şənbə günü, 10 oktyabr 2026
     

Minəxanım Təkləli "Sarı gəlin"ə yeni nəfəs verdi

Image


"Sarı gəlin"-sənin yaşını kim bilir ki? Əski çağlarda yaranan, qədim-qayım türk ellərində oxunan, ağızdan-ağıza, dildən-dilə, nəsildən-nəsilə ötürülən həsrət, nisgil, ayrılıq dolu bir türküsən, "Sarı gəlin".
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin...
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər:
Neynim, aman,
Sarı gəlin...
"Sarı gəlin", bir qara sevda kimi ruhumuzda, qəlbimizdə, könlümüzdə elə bir yuva qurmusan ki, o yuvanı heç bir qüvvə uçura bilməz. Yurdumuz-yuvamızsan...Pərən-pərən düşən ellərimizin sərhədin o üzündən bir-birinə uzanan əllərinin harayısan... Nakam bir sevdanın odunu, közünü, piltə kimi yanan aşiqlərin ahını yaşadırsan hər misranda... Son zamanlar başı bəlalı olubsan, "Sarı gəlin", yetən sənə əl uzadır, mənfur qonşularımız səni özününküləşdirməyə çalışır. Amma boşuna edilən cəhdlərdir, xam xəyaldır, yersiz iddiadır. Sən bizimsən-türk ellərinin qədim şərqilərindənsən.
Dünən Beynəlxalq Mətbuat Mərkəzində MŞ və Qadın Жurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə respublikanın tanınmış ziyalılarının, alimlərinin, fikir adamlarının iştirakı ilə tanınmış türkoloq alim, professor Minəxanım Təkləli Nuriyevanın el türkülərindən ibarət "Sarı gəlin" kitabının təqdimat mərasimi keçirildi.
"Sarı gəlin" kitabının təqdimat mərəsimini Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açaraq nəşrin əhəmiyyətindən danışdı. MŞ sədri bildirdi ki, Azərbaycan xalq mahnıları xalqımızın mənəviyyatının dərinliyini göstərir. Böyük türkoloq alim Minəxanım Təkləlinin türkoloji fikrin yayılmasında göstərdiyi fəaliyyətdən danışan Ə.Amaşov qeyd etdi ki, onun yaradıcılığı "Sarı gəlin" kitabı ilə məhdudlaşmır, alimin çox zəngin məlumatlara ayna tutan 10-dan artıq qiymətli kitabı var: "Minəxanım Təkləlini hamımız çox yaxşı tanıyırıq. Onun yaradıcılığında türkçülük qırmızı xətlə keçir, kitabları Sakit okeandan Şərqi Avropa sərhədlərinə qədər böyük bir ərazidəki türk ellərini əhatə edir. "Sarı gəlin" kitabında xalq mahnılarımız toplanıb. Bildiyim qədər, bizim xalq mahnılarımızın sayı təxminən 900-1000-dir, amma Türkiyədə xalq türküləri həddən çoxdur. Görünür, bu onların öz türkülərini tam olaraq toplayıb çap etdirməsi ilə bağlıdır. Bu əsəri Azərbaycan mədəniyyəti, ictimai həyatında böyük hadisədir".
Ə.Amaşov onu da qeyd etdi ki, kitabda yer alan mahnılar bir neçə variasiyada-Təbriz, Anadoludakı, Balkanlardakı, Kərkükdəki eyni mahnıların müqayisəli variantları ilə verilib. MŞ sədri təəssüflə bildirdi ki, xalq türküləri ifaçılarının bəziləri bu mahnıları doğru şəkildə ifa etmir, bu da çaşqınlıq yaradır.
Ə.Amaşovun sözlərinə görə, "Sarı gəlin"in çap olunmasına "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona xanım Vəliyeva dəstək olub. Sonra Ə.Amaşov türkoloji fikrin təbliğində böyük rol oynayan və bu sahədə böyük işlər görən Minəxanım Təkləliyə MŞ-nın diplomunu təqdim etdi.
Sonra sözü "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, tanınmış şairə Sona Vəliyevaya verdi. Sona xanım çıxışında Minəxanım Təkləlinin indiyə qədər nəşr olunan "Türk əsilli ruslar" və digər bu mövzuda yazılan əsərlərini təhlil edərək tövsiyə etdi ki, bu kitabları hər kəs oxusun. Onun sözlərinə görə, bu kitablarda türk xalqının əsl tarixi təbliğ edilir. Sona xanımın bildirdiyinə görə, "Sarı gəlin" kitabı xalq mahnılarımızın yer aldığı kitab olmaqla yanaşı, həm də təhrif olunmuş xalq türkülərimizin real variantlarının yer aldığı çap məhsuludur.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də çıxış etdi. O bildirdi ki, "Sarı gəlin" kitabının özü bir nəğməyə bənzəyir. C.Məmmədli türkülərimizin toplandığı bu kitabın geniş təbliğinə ehtiyac olduğunu qeyd etdi.
İTV-nin departament rəhbəri, əməkdar jurnalist, publisist, şairə Flora Xəlilzadə "Sarı gəlin"in təqdimat mərasimində etdiyi çıxışda bildirdi ki, xalq mahnılarının toplanması ənənəsinin əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulub, sonra bu ənənə Cabbar Qaryağdıoğlu və Bülbül tərəfindən uğurla davam etdirilib. Minəxanım Təkləlinin gördüyü bu nəcib işə böyük qiymət verən F.Xəlilzadə dedi ki, gərək bu mərasimə xalq mahnılarının ifaçıları da dəvət ediləydi. Xalq mahnılarının orijinal variantlarının bu kitabda yer aldığını qeyd edən əməkdar jurnalist bildirdi ki, "Sarı gəlin" xalq mahnısı ifaçılarına verilməlidir. Bunun da səbəbi onların mahnıları düzgün şəkildə oxumasına yardım etməkdir.
Professor, görkəmli teatrşünas alim İlham Rəhimli də kitab haqqında maraqlı fikirlər bildirdi. O qeyd etdi ki, qeyrətli, vətənpərvər, dəyərli alim olan Minəxanım Təkləlinin bu kitabı çox dəyərlidir: "Bu tədbiri alimin mənəvi-əxlaqi dünyasına açılan bir pəncərə sayıram və çox şadam ki, o pəncərədən baxmaq mənə də nəsib oldu".
Qafqaz Universitetinin rektoru Əhməd Sanıç da Minəxanım Təkləlinin yaradıcılığından, kitablarından danışdı. BDU-nun jurnalistika fakültəsinin müəllimi Qərənfil Quliyeva və başqaları da "Sarı gəlin" və onun müəllifi haqqında danışdılar, alimin əməyini xalqımıza, milli-mənəvi dəyərlərimizin təbliğinə böyük xidmət kimi dəyərləndirdilər.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ