Cümə günü, 16 oktyabr 2026
     

Avrasiyanın mühüm dəmir yolları şəbəkəsinin Azərbaycanla birləşməsinə çox az qaldı…

Image


Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında yaxın tezlikdə Azərbaycanın oynadığı rolun əhəmiyyətli dərəcədə artması gözlənir. Belə görünür ki, sözügedən regionda yerləşən ölkələr qarşıdakı dövr ərzində istehsal etdiyi məhsulların dünya bazarlarına çıxarılmasında Azrəbaycandan əsas tranzit məkan qismində istifadə edəcək. Bütün bunların əsas səbəbi İranla Azərbaycanın dəmir yolları arasında inkişaf edən əməkdaşlıq və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.

Belə görünür ki, baş verənləri diqqətlə izləyən Mərkəzi Asiya ölkələri yüklərini İran, buradan isə Azərbaycan üzərindən daşımağa getdikcə daha çox maraq göstərir. İran isə bu fonda dəmir yolu sahəsində də Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. İran Dəmir Yollarının prezidenti və idarə heyətinin sədri Səid Rəsuli də vurğulayır ki, ölkəsi ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Rəsuli qeyd edir ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir. O nəzərə çatdırıb ki, məhz İranla Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək. Bu isə hər iki qitənin ticarət və iqtisadiyyatının inkişafına böyük təkan verəcək. İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də bildirir ki, yaranmış vəziyyətdə İran-Azərbaycan əlaqələrinin inkişafına heç kim maneə yarada bilməz. Onun sözlərinə görə, hazırda ölkələrimiz iqtisadi sahədə faydalı əməkdaşlıq əlaqələrini davam etdirir: “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlıq bütün region dövlətləri üçün əhəmiyyətlidir. Asiyadan Avropaya dəmir yolu ilə daşınan yüklərin tranzit olaraq İran və Azərbaycandan keçməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq. Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Hazırda Rəşt-Astara hissəsinin tikintisi davam edir. Bu yolun tikintisində Azərbaycan da iştirak edir. Hazırda hər iki dövlət bir neçə birgə iqtisadi layihə həyata keçirir”. İndilikdə isə Mərkəzi Asiya ölkələrinin İran üzərindən məhsullarını Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarması üçün bütün münbit şərait mövcuddur. Elə qeyd olunan fonda bu günlərdə İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparıb.  

Xatırladaq ki, Azərbaycan dəmir yolları tərəfindən Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 kilometr dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 metr uzunluğu olan körpü inşa edilib. Bundan başqa, ikitərəfli razılaşmaya əsasən “Azərbaycan Dəmir Yolları” QSC İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək, onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 kilometr  uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Qeyd olunan terminalda quru yüklərin aşırılması artıq həyata keçirilir.

Bu maşrutun Qəzvin-Rəşt hissəsinin tikintisi tamamlanıb. Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası isə davam etdirilir. Qeyd edək ki, İran-Türkmənistan sərhədində Uzun (Qazaxıstan)- Bərəkət (Türkmənistan)-Qorqan (İran) dəmir yolunun istismara verilməsinin təntəli açılışı 2014-cu ilin dekabrında keçirilib,  Qazaxıstan və Türkmənistan hissəsinin tikintisi isə 2013-cu ilin mayında başa çatıb. Dəmir yolunun uzunluğu 925 kilometrdir. Dəmir yolunun 85 kilometri İran ərazisindən keçir. Yolun türkmən sahəsinin uzunluğu 700 kilometr, qazax sahəsinin uzunluğu isə 140 kilometrdir.

Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun inşası barədə saziş 3 dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanıb. Tikinti işləri 2009-cu ildə başlanıb. Qazaxıstan-Türkmənistan-İran dəmir yolu beynəlxalq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. Bu layihənin təkmilləşdirilməsi ilə Çindən tutmuş Şərqi Avropaya qədər uzanan dəmir yolu marşrutundan istifadə imkanı yaranacaq. Ən əsası isə budur ki, dəmir yolu ilə daşınan yüklərin əsas hissəsi “Şimal-Cənub” çərçivəsində məhz Azərbaycandan keçəcək. Bununla Azərbaycanın tranzit gəlirləri artacaq, eyni zamanda ölkənin dəmir yolu şəbəkəsi daha böyük qovşağa birləşəcək. Bundan başqa nəzərə alaq ki, Azərbaycanın dəmir yollarının yaxın tezlikdə Transsibir magistralı ilə birləşməsi də gözlənilir. Artıq bu xüsusda  Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında müzakirə aparılıb. Müzakirələrdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreyadan yüklərin "Transsibir" magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə Türkiyə istiqamətində daşınması məsələsi gündəmə gəlib. Məhz bu vəziyyət o deməkdir ki, Azərbaycan dəmir yolları dünya miqyasında böyük bir şəbəkənin mühüm halqalarından birinə çevrilir.

Qeyd edək ki, "Transsibir" magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 kilometrə yaxın bu yol Moskvanı Rusianın Uzaq Şərqi ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir. "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin də bu günlərdə belə bir açıqlama ilə çıxış etmişdi ki, Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini "Transsibir"  dəmir yolu xəttinə keçirməyi planlaşdırır: "Bu layihə reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini "Transsibir" magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli dəmir yolu xəttindən gedir".

Yuxarıda qeyd olunduğu kimi, dünyanın müxtəlif istiqamətlərinə uzanın bu dəmir yollarının əlaqələndirilməsində Azərbaycan artıq mühüm rol oynayır. Bu isə dəmir yolları ilə daşımalardan ölkənin böyük həcmdə gəlirlər əldə etməsi deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ