Cümə günü, 16 oktyabr 2026
     

Qaçılmaz dünya böhranının ikinci mərhələsində Azərbaycan ən hazırlıqlı ölkələr arasında...

Image


Bu gün dünya miqyasında böyük həyəcanla izlənilən məsələlərdən biri yeni qlobal maliyyə böhranının baş verə biləcəyinə dair edilən xəbərdarlıqlarla bağlıdır. Özü də böhranın yenə ABŞ-dan başlayacağı istisnalıq təşkil etmir. Belə bir vaxtda ABŞ və Çin arasında qızışan ticarət müharibəsi və bura yeni ölkələrin daxil edilməsi də vəziyyəti kəskinləşdirir. 

Baş verənlər, Azərbaycan da daxil olmaqla, dünya ölkələri tərəfindən xüsusi diqqət mərkəzində saxlanır. Əksər ölkələr isə yeni böhrana hazırlıq baxımından qabaqlayıcı addımlar atır. Bura Azərbaycan da daxildir. Xatırladaq ki, 10 il əvvəlki qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən biri məhz Azərbaycan olub. Həmin vaxt ölkəmizin daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempini qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə, maliyyə böhranının kəskin xarakter almasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun böyük artımı müşahidə olundu. Təbii ki, bu, ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsində baş verdi. Bu mənada hesab edilir ki, yeni böhran baş verərsə, Azərbaycan buna ən hazırlıqlı ölkələrdən biri olacaq. Rusiyanın “RİA Novosti” portalının yazdıqlarından isə belə bəlli olur ki, yeni böhranın başlanması qaçılmazdır. Bunu “Moody`s” beynəlxalq kredit təşkilarının baş eksperti Mark Zandi də təsdiq edir. Ekspert vurğulayır ki, hazırda ABŞ iqtisadi durğunluğun astanasındadır. O bildirib ki, ABŞ prezidenti Donald Trampın Çinlə ticari savaşının ölkə iqtisadiyyatına zərər verməməsi ilə bağlı fikirləri yanlışdır: “Bu savaşın iqtisadi zərərlərinin olmadığı fikri olduqca yanlışdır. Tramp əlavə gömrük rüsumları ilə bağlı təhdidlərini icra edəcəyi təqdirdə ölkədə istehlakçılar və müəssisələr 100 milyard dollar əlavə xərc çəkəcək”. Ekspert əlavə edib ki, sözügedən ticarət savaşı başladığından bəri dünya miqyasında sərmayə qoyuluşu durğunlaşıb. “RİA Novosti”  bu fonda yazır: “On bir il əvvəl "Lehman Brothers" investisiya bankının çökməsi ilə çoxillik tənəzzülə səbəb olmuş qlobal maliyyə böhranı baş verdi. Bu hadisədən əvvəl isə ABŞ-da ipoteka böhranı hökm sürürdü. Lakin maliyyə böhranın təkrarlanma risqi yenidən ortaya çıxıb. Belə ki, amerikalıların ipoteka borcları yenə artıb, bu rəqəm hətta 2008-ci ilin üçün olan göstəricini keçərək rekord həddə çatıb. Sözügedən maliyyə böhranı 2007-ci ilin əvvəlində yüksək risqli ipoteka kreditlərinə təsir etməyə başladı. 2008-ci ildə isə böhranın ikinci dalğası standart ipoteka kreditləri seqmentini vurdu (bu seqmentdə banklar tərəfindən verilən borclar dövlət ipoteka korporasiyaları tərəfindən yenidən maliyyələşdirilir). Artıq 2008-ci ilin üçüncü rübünün əvvəlində ABŞ-da ipoteka borcu 9,294 trilyon dollara çatırdı.

Lakin hazırda amerikalıların ipoteka borcu hətta 2008-ci il üçün olan göstəricini keçir. Bunu Nyu-York şəhərinin Federal Ehtiyatlar Bankının təqdim etdiyi statistika da təsdiqləyir. Belə ki, bu ilin ikinci rübündə bu ipoteka borcu 162 milyard artaraq 9,4 trilyon dollara çatıb. Qeyd edək ki, daxili borcun (13,86 trilyon dollar) ən böyük hissəsi elə ipoteka borclarının payına düşür. Nyu-York Federal Ehtiyatlar Bankının iqtisadçıları iddia edirlər ki, amerikalıların ipoteka borcları ilə bağlı hazırkı vəziyyət 11 il əvvəl müşahidə olunmuş vəziyyətdən tamamilə fərqlənir. Hazırda kredit vermə şərtləri daha da sərtdir və kreditlərin qaytarılmasında yubanma hallarına daha az rast gəlinir. Federal Ehtiyatlar Bankının baş vitse-prezidenti Uilbert van der Klaauv qeyd edib: "Hazırkı ipoteka borcunun 2008-ci ilin üçüncü kvartalında müşahidə olunmuş maksimum həddi nominal olaraq aşmasına baxmayaraq, borclar üzrə ödəniş etməmə halları azalıb, borc götürənlərin kredit tarixçələri isə yaxşılaşıb". Lakin "JP Morgan Shase" bankının analitikləri hesab edirlər ki, ipoteka kreditləri bazarının strukturunda baş vermiş dəyişikliklər bir sıra risqlər yaradır. Belə ki, 2018-ci ildə bazarın 80 faizi qeyri-bank təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərinin payına düşüb (böhrandan əvvəl bu rəqəm 20 faizdən aşağı idi). Məsələ burasındadır ki, qeyri-bank kredit təşkilatları adətən kapitallaşma baxımından yüksək göstəriciyə malik olmurlar. Bundan başqa, qeyri-bank kredit təşkilatlarının biznesdən çıxması halında onların xidmətlərini göstərməyin kimin öhdəsinə düşdüyünü müəyyənləşdirən dəqiq bir mexanizm yoxdur.

Digər tərəfdən, dollar yeni böhranın yaranması üçün səbəblərdən biri ola bilər. "Bloomberg" agentliyinin analitikləri hesab edirlər ki, amerikan valyutasının məzənnəsinin sürətlə artması iqtisadiyyata ziyan vurur və yaxın gələcəkdə tənəzzülə səbəb ola bilər. Ekspertlər izah edirlər ki, qüvvətli dollar ABŞ-ın trilyonlar dəyərində borcları olan transmilli korporasiyalarının mənfəətini "yeyir". Belə şirkətlərə misal olaraq "Soca-Cola", "Caterpillar" və "Boeing" şirkətlərini göstərmək olar. ABŞ prezidenti Donald Tramp da dollarla bağlı narahatlığını bildirib: "Federal Ehtiyatlar Sisteminin digər ölkələrlə müqayisədə qoyduğu yüksək faiz dərəcəsi dollarımızı həddindən artıq yüksək səviyyədə saxlayır".

Lakin ekspertlərin fikrincə, Trampın dolları zəiflətmək cəhdləri uğursuzluqla nəticələnək.

Bundan başqa, "JP Morgan Chase" bankının hesablamalarına görə, qlobal böhran 2020-ci ildə baş verəcək. Buna səbəb kimi isə Amerika indekslərinin düşmə ehtimalı göstərilir".  Bununla yanaşı hesab eidilir ki, ABŞ-a daha bir sərt zərbə də Çindən gələ bilər. Belə ki, Pekinlə Vaşinqton arasındakı ticarət müharibəsində Çinin hələ də əlində saxladığı əsas vasitə ABŞ-ın dövlət borcudur. Pekinin əlində 1,1 trilyon dollarlıq ABŞ istiqrazları var. Çin bu istiqrazları satsa, qiymətli kağızların dəyəri qəfildən düşəcək. Nəticədə ABŞ üçün dövlət borcu xidmətinin dəyəri gözlənilmədən artacaq. Bütün bunlar isə qlobal böhranın yaranmasına təkan verən əsas amillərdən sayılır. Bu fonda əksər dövlətlər, o cümlədən Azərbaycan indidən preventiv tədbirlərə start verib. Hesab edilir ki, uğurla həyata keçirilən yeni inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yenə yüksək dayanıqlılıq nümayiş etdirəcək Antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da yaxşı imkanlar yaradır və bunu manatla bağlı vəziyyətdən də aydın sezmək olar. Mütəxəssislərin fikrincə, Azərbaycanın istənilən böhrana qarşı siyasət proqramı konkret xarakter daşıyır. Elə bu səbəbdən yeni gözlənilən böhranın da təsirlərinin ölkəmizə yenə minimal səviyyədə olması proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ