şənbə günü, 15 avqust 2026
     

DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

Image


Kamran Əsədov: “Təhsil siyasəti bilikdən bacarığa, testdən tənqidə, nəticədən prosesə keçmək istəyirsə, esse yazmaqla bağlı minimal tələb düzgün yanaşma ola bilər”

“Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında esse yazmaqla bağlı minimal tələb qoyulsun”.

Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.

“Qiymətləndirmə mexanizmi şəffaf və obyektiv meyarlarla təmin olunmasa, bu sistem narazılıqlar, apellyasiya şikayətləri və inamsızlıq doğuracaq”

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, magistraturaya qəbul imtahanında esse yazmaqla bağlı minimal tələbin qoyulması məsələsi keyfiyyət yönümlü ali təhsilin qurulması baxımından ciddi əhəmiyyət kəsb edir: “Dövlət İmtahan Mərkəzinin rəsmisinin bu istiqamətdə verdiyi açıqlama yalnız bir ehtimaldan ibarət olsa da, ali təhsilin ikinci pilləsi üçün qəbul mexanizmlərində məzmun və forma baxımından keyfiyyətli dəyişikliklərin zəruriliyinə işarədir. Hazırkı qəbul sistemində yalnız test üsulunun tətbiqi məzmun dərinliyindən uzaqdır, tələbənin analitik təfəkkürü, elmi arqumentasiya qabiliyyəti və yazılı təqdimetmə bacarığı qiymətləndirilmədən kənarda qalır. Statistik göstəricilər bu boşluğu daha aydın göstərir. 2024-cü il üzrə magistraturaya qəbul imtahanında iştirak edənlərin 43 faizindən çoxu ixtisas fənni üzrə açıq tipli suallarda cəmi 2 baldan aşağı nəticə göstərib. Bu o deməkdir ki, onların ya yazılı ifadə, ya elmi məntiq qurmaq, ya da fikir strukturlaşdırmaq bacarıqları zəifdir. Halbuki, “Təhsil haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən, təhsilin əsas məqsədlərindən biri “şəxsin tənqidi düşünmə, yaradıcılıq və özünüifadə bacarıqlarının inkişaf etdirilməsidir”. Testlə bu məqsədə çatmaq mümkün deyil. Yazılı esse tələbi isə bu bacarıqların real şəkildə ölçülməsi üçün əhəmiyyətli bir alətdir.

Əgər bu yeni meyar tətbiq olunarsa, bir neçə dəyişiklik baş verəcək. Əvvəla, tələbələrin yazılı nitq mədəniyyəti formalaşacaq, analitik düşüncəyə əsaslanan yanaşma genişlənəcək. Eyni zamanda, tədris proqramlarında elmi yazı bacarıqlarının öyrədilməsinə ehtiyac yaranacaq. Bu isə həm bakalavr, həm də magistratura pilləsində təhsilin məzmununu şaxələndirəcək. Lakin ciddi risqlər də var. Ən başlıcası qiymətləndirmənin subyektivliyi ilə bağlıdır. Əgər qiymətləndirmə mexanizmi şəffaf və obyektiv meyarlarla təmin olunmasa, bu sistem narazılıqlar, apellyasiya şikayətləri və inamsızlıq doğuracaq. Məsələn, bəzi tələbələr ədalətsiz şəkildə qiymətləndirildiyini iddia edə bilər ki, bu da ümumi qəbul prosesinə zərbə vuracaq. Dünya təcrübəsində yazılı esse komponenti ali təhsilin ikinci və üçüncü pillələrində geniş yayılmışdır. Məsələn, ABŞ-da magistraturaya qəbulda “Analytical Writing” bölməsi GRE imtahanının əsas hissəsidir. Britaniya universitetlərində isə şəxsi motivasiya məktubu və yazılı esse tələb olunur və bu sənədlər tələbənin qəbul şansına birbaşa təsir edir. Avropa universitetləri Bolonya prosesinin ruhuna uyğun olaraq tələbənin “öz fikrini əsaslandıra bilmə”, “fikir qurmaq” və “problemi təhlil edə bilmə” bacarıqlarını əsas göstəricilər kimi qiymətləndirir. Azərbaycanda isə hələ də testlə yaddaş yoxlanılır, düşüncə yox.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə tamamilə passivdir. Magistratura pilləsində qəbul prosesində hansı bacarıqların yoxlanılmalı olduğu, bu pillədə tələbənin hansı nəticələri nümayiş etdirməli olduğu barədə heç bir ictimai sənəd və ya strateji baxış mövcud deyil. Nazirliyin heç bir proqramında “elmi yazı bacarığı”, “tənqidi düşüncə”, “esse tələbi” kimi ifadələr keçmir. Halbuki, bu sahədə maarifləndirici və metodiki materiallar hazırlanmalı, pilot qiymətləndirmələr aparılmalı idi. Bu isə nazirliyin funksiyası olmasına baxmayaraq, ötürülmüş və məsuliyyətsiz şəkildə diqqətdən kənarda qalmış bir sahədir. Ən ciddi problem isə odur ki, Elm və Təhsil Nazirliyi nə bu istiqamətdə fəaliyyət planına malikdir, nə də orta və ali təhsil arasında keçid mexanizmlərini yenidən dizayn edir. Hazırda nə pedaqoji universitetlərdə yazılı esse bacarığı tədris olunur, nə də bakalavr pilləsində “akademik yazı” adlı fənn mövcuddur. Yəni tələbə bu bacarığı nə məktəbdə, nə də universitetdə öyrənmir. Belə olan halda, onu esse tələb olunan bir imtahana salmaq sadəcə süni baryer yaratmaq olar. Bu sahədə reformaların olmaması nəticəyə yox, prosesə yönəlik idarəçilik yanaşmasının göstəricisidir.

Əgər bu ideya gerçəkləşdiriləcəkdirsə, bu zaman bir neçə paralel addım atılmalıdır. Orta məktəbdən başlayaraq yazı bacarıqları təkmilləşdirilməli, bakalavr pilləsində “akademik yazı” və “elmi tədqiqat metodologiyası” fənləri tədris olunmalı, eləcə də yazılı işlərin qiymətləndirilməsi üçün normativ baza hazırlanmalıdır. Əks halda, yazılı esse tələbini qoymaqla tələbənin qabiliyyəti yox, sistemin natamamlığı ortaya çıxacaq və bu da təhsilə etimadı daha da sarsıdacaq. Təhsil siyasəti bilikdən bacarığa, testdən tənqidə, nəticədən prosesə keçmək istəyirsə, esse yazmaqla bağlı minimal tələb düzgün yanaşma ola bilər. Amma bu yalnız siyasi bəyanat səviyyəsində qalarsa, növbəti uğursuz eksperimentə çevriləcək. Elm və Təhsil Nazirliyi artıq monitorinq edən deyil, istiqamət verən, model yaradan bir quruma çevrilməlidir. Əks halda, qəbul sistemi yalnız müzakirələrin predmetinə, etimadsızlığın hədəfinə çevriləcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ