şənbə günü, 10 oktyabr 2026
     

Əhalinin ərzaq, dərman, yanacaq xərclərində artımın səbəbləri...

Image


Ötən ilin yekunlarının təhlili Azərbaycanda əhalinin xərclədiyi vəsaitin həcminin əhəmiyyətli dərəcədə artdığını göstərir. Bunu Dövlət Statistika Komitəsinin (DSK) ötən ilin yekununa dair pərakəndə ticarət dövriyyəsi və qiymətlərlə bağlı açıqladığı göstəricilər də təsdiq edir.

Açıqlanan rəqəmlərdən aydın olur ki, 2022-ci ildə əhali pərakəndə ticarət şəbəkəsində toplam 52 milyard 171 milyon manat xərcləyib. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmində qeydə alınan real artım cəmi 3.1 faiz olub. Amma əvəzində ötən il əhali 2021-ci illə müqayisədə təxminən 18 faiz daha çox pul xərcləyib. Buna səbəb inflyasiyadır. Ötən il ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9 faiz artıb. 2022-ci illə bağlı açıqlanan göstəricilər arasında ərzaq qiymətlərindəki artımlar ayrıca diqqət çəkir. Qeyd edək ki, Azərbaycan əhalisi ən çox bu istiqamətdə pul xərcləyir. DSK-nin göstəricilərinə görə, ötən il boyunca ölkədə qida məhsulları 20.1 faiz bahalaşıb. Bu, 2008-ci ildən bəri son 14 ildə qeydə alınan ən yüksək bahalaşmadır. Ümumiyyətlə, qida qiymətlərinin bahalaşması baxımından ötən il 1995-ci ildən bəri ən yüksək artım baş verən ikinci il olub. Qida məhsullarının bu qədər çox bahalaşması əhalinin xərcləri tərkibində ərzaq məhsullarının payını bir qədər də artırıb. 2021-ci ildə Azərbaycanda əhalinin istehlak xərclərinin toplam 54.3 faizi ərzaq məhsullarının, içki və tütünün payına düşmüşdü. Ötən il həmin göstərici 56.3 faizə yüksəlib. 2022-ci ildə Azərbaycanda ayrıca götürülən bir nəfər pərakəndə ticarətdə ortalama ayda 432 manat pul xərcləyib. Bunun 243 manatı ərzaq məhsullarına gedib. 2021-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq xərc 368 manat idi. Bu vəsaitin ərzaq məhsullarına sərf edilən hissəsi isə 200 manat olmuşdu. Deməli, bir il ərzində adambaşına düşən aylıq ərzaq xərclərində 43 manat artım qeydə alınıb. Ev təsərrüfatlarının analizinə dair DSK-nin hesabatından aydın olur ki, əhalinin daha azgəlirli hissəsinin xərc tərkibində ərzaq məhsulları daha çox paya sahibdir. Ötən il qeyri-ərzaq məhsulları da əvvəlki illərdən daha çox - ortalama 8.6 faiz, ödənişli xidmətlərsə 10.4 faiz bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, ölkədə ərzaq məhsullarından sonra ən çox pul xərclənən istiqamət toxuculuq məhsulları, geyim və ayaqqabıdır. 2022-ci ildə əhali bu istiqamətdə 7 milyard 370 milyon manat xərcləyib. Bu, 2021-ci illə müqayisədə təxminən 500 milyon manat çox olsa da, belə xərclərin ümumi xərclərdə payı azalıb. Əgər 2021-ci ildə əhali xərclədiyi hər 100 manatın 15 manat 40 qəpiyini geyim və ayaqqabıya sərf edirdisə, ötən il bu rəqəm 14 manat 10 qəpiyə geriləyib. Eyni hal elektronika məhsullarına çəkilən xərclərdə də gözə çarpır. 2022-ci ildə əhali bu istiqamətdə toplam 557 milyon manat xərcləyib. Bu, bir ildə 100 milyon manatdan çox artım deməkdir. Ancaq istehlak xərclərinin tərkibində həmin məhsulların payı 5.2 faizdən 4.8 faizə geriləyib. Əhalinin xərclərində ən böyük real artım qeydə alınan istiqamət əczaçılıq məhsulları və tibbi məhsullarla bağlıdır. İl ərzində əhali dərman vasitələrinə 1 milyard 166 milyon manat xərcləyib. Deməli, son bir ildə əhalinin əczaçılıq məhsullarına sərf etdiyi vəsait real olaraq 14.1 faiz artıb. Amma dərmana çəkilən xərclərin artımı daha çox bu sahədə fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Bunu ötən ay Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun verdiyi açıqlamalr da təsdiq edir: “Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumu yoxdur, yalnız ƏDV var. ƏDV də elə çox deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər”. Şahin Bağırov qeyd edib ki, dərman şirkətləri gətirdikləri dərmanların dərhal anbarlara aparılmasını istəyirlər: “Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Əgər qiymət bu həddən artıqdırsa, o, başqa məsələ. Türkiyə ilə Azərbaycan arasında fərq isə ona görədir ki, onlar bir çox dərmanı özləri istehsal edir. Bundan başqa, Türkiyə Avropa İttifaqı ilə Gömrük ittifaqındadır. Ona görə də bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır. Lakin dərman dəyərinin artmasına gömrük orqanlarının heç bir təsiri yoxdur”. O da faktdır ki, dərmanla bağlı ölkəmizdə daxili istehsal sıfırdır. Ən bəsit dərman preparatlarını belə idxal edirik. Azərbaycanda dərman istehsalını təmin etmək üçün hər cür maddi imkan var. İkincisi, dərman idxalı sahəsində rəqabət yoxdur.  Bundan başqa, dərmanların qiymətinə nəzarət mexanizmi olmalıdır.

Ötən il əhalinin xərclərində qeydə alınan ən böyük ikinci real artım avtomobil yanacağı ilə bağlıdır. İl ərzində əhalinin yanacaq xərcləri real olaraq 8 faizə yaxın artıb. Əhali avtomobil yanacağına ilboyu toplam 2 milyard 769 milyon manat sərf edib.  Rəsmi rəqəmlərdən aydın olur ki, qiymətlərin artması ölkədə Aİ-95 markalı benzinə tələbi azaldıb. İnsanlar daha ucuz Aİ-92 markalı benzinə yönəliblər. Aİ-95 markalı benzinin idxal qiymətləri də yüksəlib. 2021-ci ildə Azərbaycan 129 min 392 ton benzin idxalına toplam 96 milyon 297 min dollar xərcləyib və benzinin bir tonunun orta idxal qiyməti təxminən 746 dollar olub. 2022-ci ildə 92 min 233 ton benzinin gətirilməsi ölkəyə 94 milyon 838 min dollara başa gəlib. Bu baxımdan aydın olur ki, ölkəyə idxal edilən Aİ-95 benzininin həcmi kəskin azalsa da, dəyəri, demək olar, dəyişməz qalıb. Bu il ərzində Aİ-95 markalı benzinin bir tonunun orta idxal qiyməti 1028 dollar olub. Deməli, 2021-ci illə müqayisədə 38 faiz artıb. Aİ-95 ilə yanaşı, “super” markalı (Aİ-98) benzinin idxalında da ciddi azalma var. Son bir ildə ölkəyə “super” markalı benzin"idxalı 2 min 685 tondan 1 min 355 tona enib və təxminən iki dəfə azalıb. Hər iki markalı benzin Azərbaycanda istehsal edilmədiyindən ölkə 100 faiz idxaldan asılıdır. Üstəlik, Aİ-92 markasından fərqli olaraq, həmin benzinlərin qiymətini dövlət tənzimləmir. İndi Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin satış qiyməti 2 manatdır. Bu qiymətin qonşu ölkələrlə müqayisəsi göstərir ki, hazırda regionda ən bahalı Aİ-95 benzini məhz Azərbaycandadır. Məsələn, Türkiyədə 95 oktanlı benzinin bir litri bölgədən asılı olaraq  ortalama 18-19 lirəyə satılır. Bu da indiki məzənnə ilə 1 manat 70 qəpik deməkdir. Gürcüstana gəlincə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR bu ölkədə “premium” benzini 3.20 lariyə satır. Bu, təxminən Azərbaycandakı ilə eyni qiymət deməkdir. Ancaq nəzərə almaq lazımdır ki, son aylar Gürcüstanın milli valyutası dollar qarşısında dəyər qazanıb. O baxımdan, larinin manatla məzənnəsi indi ötən aylara görə yüksəkdir. Deməli, lari bahalaşanadək Gürcüstandakı “premium” benzininin qiyməti Azərbaycanla müqayisədə manat ifadəsində daha ucuz olub. Rusiyada Aİ-95 markalı benzinin bir litrinin qiyməti təxminən 1 manat 25 qəpik səviyyəsindədir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ