Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan dollar siyasətinə yenidən baxmağa hazırlaşır

Image


Azərbaycanın valyuta ehtiyatlarının tərkibində dolların payının hələ kifayət qədər yüksək olması heç kimə sirr deyil. Belə ki, 40 milyarddan çox ehtiyatların hələ də yarıdan çoxu məhz dollarda saxlanır. Bundan başqa, Azərbaycan bu ehtiyatların bir qismini ABŞ qiymətli kağızlarına yatırıb. Burada təxminən yarım milyard dollara yaxın vəsaitdən söhbət gedir. Amma koronavirus pandemiyası səbəbindən həm ABŞ qiymətli kağızları, həm də dollar üzərində yaranan təhlükənin miqyası artır. Onların hər ikisinin yaxın tezlikdə sürətlə ucuzlaşmağa başlaması proqnozlaşdırılır. Bu səbəbdən Azərbaycanın da dollar və ABŞ qiymətli kağızlarına sərmayəsi ilə bağlı siyasətinə müəyyən dəyişiklilər etməsi istisna deyil. Çünki əksər ölkələr bunu edir. Məsələn, artıq bəllidir ki, Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxarmağa hazırlaşır.

Bu günlərdə “South China Morning Post” nəşri də belə bir məlumatla çıxış etmişdi ki, Pekin ABŞ qiymətli kağızlarından yaxa qurtarmaqda israrlıdır. Bildirilirdi ki, Çin ABŞ-ın dövlət istiqrazlarına 1,1 trilyon dollar məbləğində investisiya qoyub və hazırda bu rəqəmi azaltmaq barədə düşünür. Bu addımın ikitərəfli ticarət münasibətlərindəki yeni gərginliyə və COVID-19 pandemiyasına görə ölkələr arasındakı "söz müharibəsi"nə cavab olaraq atılacağı deyilir. Çinin qərarı həm də ABŞ-ın qiymətli kağızlar bazarı üçün problemlər yarada bilər. Çünki rəsmi Vaşinqton pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün bir sıra proqramları maliyyələşdirmək istəyir və bu məqsədlə dövriyyəyə yeni qiymətli kağızlar buraxır. Amma indi onu alan yoxdur. Bundan başqa, investisiyalardan imtina ABŞ-ın nüfuzuna ciddi zərbə vuracaq və bu ölkənin qlobal investorlara ödəmə qabiliyyətini şübhə altına alacaq. Bu arada, “Deloitte China” nəşri də bildirib ki, Çin və Rusiya ABŞ hökumətinin dünya bazarında silah kimi istifadə etdiyi dollardan istifadəni dayandırmaq barədə müzakirələr aparır. Yeri gəlmişkən qeyd edək ki, Rusiya da ABŞ qiymətli kağızlarından yaxa qurtarmaq istiqamətində fəaliyyətini intensivləşdirib. Təkcə mart ayında Rusiya Amerika dövlət istiqrazlarına yatırılan investisiyaları üç dəfə, yəni 12,58 milyard dollardan 3,8 milyard dollara endirib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiyada qalan ABŞ dövlət istiqrazlarından 3,381 milyard dollar uzunmüddətli, 473 milyon dollar isə qısamüddətli kağızların payına düşür. Vaşinqtonda qeyd edildiyi kimi, bu, son aylarda ABŞ hökumətinin dövlət borcuna Rusiya investisiyalarının ilk əhəmiyyətli azalmasıdır. Hələ iki il əvvəl Mərkəzi Bank sanksiya çərçivəsində bütün qiymətli kağızlar portfelini satmışdı.

2010-2013-cü illərdə Rusiyanın Amerika borcuna yatırımı 170 milyard dollardan çox idi. Moskva qiymətli kağızların ən böyük sahibləri sırasına daxil idi. Lakin 2014-cü ilin aprelində Vaşinqtonun sanksiyalar tətbiq etməsindən sonra Rusiya bu qiymətli kağızlardan yaxa qurtarmağa başladı. Beynəlxalq ehtiyatlarda Amerika qiymətli kağızlarının payı minimuma endirilib. Onların satışından əldə olunan vəsaiti isə Rusiya Mərkəzi Bankı qızıla, həmçinin avro və yuana köçürüb. Ümumdünya Qızıl Şurasının (WGC) hesablamalarına görə, ötən il dünyanın mərkəzi banklarının balansında qiymətli metalın həcmi 651 ton artıb. Bu, 1971-ci ildən, yəni Birləşmiş Ştatların qızıl standartından imtina etdiyi zamandan bəri maksimum göstəricidir. 2019-cu ildə qiymətli metalın ən iri alıcısı Rusiya olub. Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını  2270,56 tonadək artırıb. Rus ekspert Natalya Dembinskaya isə bildirir ki, Amerikanın qiymətli kağızlarından yalnız Rusiya imtina etmir:“Birləşmiş Ştatların Maliyyə Nazirliyinin statistikasından göründüyü kimi, martda xarici investorların Amerika qiymətli kağızlarından imtinası görünməmiş həddə çatıb. Bir ay ərzində xarici investorlar 256 milyard dollarlıq qiymətli kağızdan yaxa qurtararaq, ümumi portfeli 6,81 trilyon dollara endiriblər. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları da ABŞ istiqrazlarını aktiv şəkildə satıblar. Digər tərəfdən, koronavirus böhranı fonunda düşən milli valyutaları dəstəkləmək üçün onlara dollar tələb olunub. Səudiyyə Ərəbistanı bu dönəmdə ən iri satıcı olub, krallıq 25,3 milyard dollarlıq qiymətli kağızlardan imtina edib. Braziliya və Hindistanda göstəricilər bir qədər azdır, müvafiq olaraq 21,5 və 21 milyard dollar. Vaşinqton üçün bunun nəticəsi yaxşı olmayacaq, çünki ABŞ-ın yarım trilyonluq büdcə kəsiri əsasən dövlət istiqrazlarının satışı ilə qarşılanır. Analitiklər qeyd edirlər ki, Amerika borcunun satışı rekord və gözlənilməz həddə çatıb. Əvvəlki böhranlarda, məsələn, 2008-ci ildə qiymətli kağızlara tələbat, əksinə, artırdı. Xarici sərmayədarların axınının öhdəsindən gəlmək və büdcə kəsirini qapamaq üçün isə indi Federal Ehtiyat Sistemi çap dəzgahını tam gücü ilə işə salıb. Qurum qeyri-məhdud miqdarda kağız aldığını elan edib və yalnız iki ay ərzində balansını 2,9 trilyon dollar artırıb”. Ekspertə görə, iqtisadiyyata iri miqyasda pul köçürmələrinin Amerika valyutasına necə təsir göstərəcəyi aydın deyil. Böhrana qarşı tədbir kimi Federal Ehtiyat Sistemi heç bir şeylə təmin edilməyən dollarları çap edir, onları heç bir qiymətli aktiv almadan və yalnız öhdəliklərini artıraraq paylayır. FES-in balansı 6,42 trilyon dollara yüksəlib, bu, Amerikanın böhrandan əvvəlki ümumi daxili məhsulunun təxminən 30 faizidir.

İri bankların hesablamalarına görə, 2020-ci ildə ABŞ-ın büdcə kəsiri 4 trilyon dollara, yəni İkinci Dünya müharibəsi dövründən ən yüksək həddə qalxacaq. Federal Ehtiyat Sisteminin balansı isə, analitiklərin fikrincə, koronavirus böhranının bitməsinədək 10 trilyon dollara çatacaq. Bütün bunların, əslində çap maşınının işinin nəticəsi olması səbəbindən investorlar heç bir şeylə təmin edilməyən valyutadan üz döndərəcək. Yəni dollar üzərində daha böyük təhlükə yaranacaq. Məhz bu durumda Azərbaycanın da dollar və ABŞ qiymətli kağızları ilə bağlı siyasətində müəyyən dəyişiklilər etməsi qaçılmaz sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ