Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev Həştərxan sammitində Xəzərdə hərbi mövcudluğun maraqlı prinsipini bəyan etdi
Tarix: 30.09.2014 / 02:34
Bölmə: Gündəm
Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran Prezidenti Həsən Ruhani iştirak edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha öncə bildirmişdi ki, sammitdə Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul ediləcək və bir sıra razılaşmalar imzalanacaq. O qeyd edib ki, bəyanatda akvatoriyanın delimitasiyası üzrə razılaşdırılmış müddəaları əks etdirmək mümkün olub.
Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.
Söhbət zamanı həmçinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş "Dostluq" uşaq bağçasının sentyabrın 29-da açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.
Sonra bağçanın açılışı olub. Binanın foyesində Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.
Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
Prezident İlham Əliyevə məlumat verilib ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaq. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib.
Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Bağça ilə tanışlıqdan sonra İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirib.
"Xəzər dənizi beş Xəzəryanı dövlətin strateji mirasıdır. Onların qarşılıqlı fəaliyyəti regionun təhlükəsizliyini möhkəmləndirəcək və iqtisadi inkişafına kömək edəcək". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, dəniz və onun sərvətləri bütün Xəzəryanı ölkələr üçün strateji mirasdır və onu qorumaq, artırmaq gələcək nəsillərin qarşısında ortaq məsuliyyətdir:
"Bizim ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin dövriyyəsi, digər hədələrlə mübarizədə effektivliyi artıracaq, iqtisadi inkişafa əlavə dinamika verəcək, dünya bazarında rəqabətə davamlılığı artıracaq".
Həştərxan sammitinin iştirakçıları birgə siyasi bəyanatı razılaşdırıblar. Rusiya Prezidenti Vladimir Putin belə deyib. O bildirib ki, bəyanatda ilk dəfə olaraq Xəzərin hüquqi statusu barədə gələcək razılaşmalar əksini tapıb:
"Ən əsası, birgə siyasi bəyanat barədə razılığa gəlmişik və bu bəyanatda Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri qeyd olunub. Əldə olunmuş razılaşmalar bütün ölkələrin uzunmüddətli maraqlarına cavab verir" - deyə V.Putin əlavə edib.
"Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir". "Trend"-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək".
İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.
İlham Əliyev deyib ki, regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir. Azərbaycan Prezidenti bildirib ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır işğal altındadır: "Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan onlara əməl etməməkdə davam edir və münaqişə həll edilməmiş qalır".
Prezident qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü əsasında həll edilməlidir: "Təəssüf ki, Ermənistandakı mövcud diktatura rejimi müasir dünyanın reallıqlarını ayıq şəkildə qiymətləndirməyə və beynəlxalq hüquq normalarını adekvat qəbul etməyə qadir deyil".
Dövlət başçısı deyib ki, Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana nifrət hissi aşılayaraq Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirərək münaqişənin uzanmasının mümkün nəticələrinə görə məsuliyyət daşıyır.
"Moskva Xəzəryanı ölkələrə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana 2016-cı ildə fövqəladə reaksiya vermə xidmətlərinin birgə irimiqyaslı təlimlərini keçirməyi təklif edib". "Trend"-in RİA "Novsoti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin IV Xəzər sammitinin geniştərkibli iclasında deyib.
V.Putin qeyd edib: "Birinci addım kimi 2016-cı ildə beş ölkənin iştirakı ilə fövqəladə reaksiya vermə xidmətlərinin irimiqyaslı təlimlərini keçirməyi təklif edirik ki, bu da təcrübədə xilasetmə bölmələrinin məlumatlandırma və əlaqələndirmə prosedurlarını işləməyə imkan verəcək".
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin ölkəsində keçirilməsini təklif edib. N.Nazarbayev bu təklifi Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin iclasında irəli sürüb.
O qeyd edib: "Məhdud tərkibdə keçirilən görüşdə növbəti sammitin Qazaxıstanda keçirilməsinə dair təklif irəli sürüldü. Əgər siz razı olsanız, sammit Qazaxıstanda keçirilə bilər".
N.Nazarbayev belə görüşləri hər iki ildən bir keçirməyi də təklif edib.
Xəzəryanı dövlətlərin prezidentləri Xəzər hövzəsində əməkdaşlığın prinsiplərini razılaşdırıb və bu, birgə bəyanatda da əksini tapıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sənəd dövlət başçıları tərəfindən imzalanıb.
Bəyanatda bildirilir ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər. 19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: "O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir".
Bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi vacib prinsiplərdən hesab olunur.
Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Həmçinin Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb.
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, "Xəzər beşliyi" birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıra bilər: "Çoxtərəfli layihələr maliyyə təminatından başqa, həm də daimi təşkilati dəstək tələb edir. Buna görə də tərəfdaşlarla beştərəfli bir strukturun yaradılması barədə razılaşdıq".
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
- VİDEO
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ