Müsavat Partiyasının yeni başqanı Arif Hacılı seçilib. APA-nın məlumatına görə, qurultay nümayəndələrin əksəriyyəti -228 nəfər Arif Hacılının namizədliyinə səs verib. Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıb. Tələb olunan səs çoxluğu 225 səs təşkil edib. Səsvermədə 449 nəfər iştirak edib. İki bülleten etibarsız sayılıb.