Azərbaycanın daxili işlər naziri Ramil Usubovbu gün LənkəranŞəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumatagörə, qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerikrayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın vəməcburi köçkünlərin bir qrupu iştirak edib.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərinoperativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti Baş İdarəvə xidmət rəislərinə konkret tapşırıqlar verib.Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə özhəllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyidiqqətə çatdırılıb.
Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevinmərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarlagörüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusihəssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına,onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlətbaşçısına minnətdarlıqlarını bildiriblər.Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrindəxidmət etmək arzusunda olan 91 nəfər də qəbulda iştirak edib. Daxili işlərnaziri R.Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olangənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinəmüvafiq tapşırıq verib.