"Moskvaya səfərimə iki-üç aya yaxın idi ki,hazırlıq gedirdi. Bəzi məsələlər vardı ki, onların ətrafında patriarx Kirilləbir müddətdir müzakirələr aparırdıq”.APA-nınxəbərinə görə, bunu Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri,şeyxülislam Allahşükür Paşazadə deyib.
A. Paşazadə patriarx Kirilləgörüşü zamanı müsəlman və xristian dünyasını narahat edən məsələlərətoxunduqlarını söyləyib: "Müzakirə apardığımız ən mühüm məsələlərdən biri təbiiki, postsovet məkanındakı əsas münaqişə ocağı olan Dağlıq Qarabağ problemi idi.Bu konfliktin qarşısı vaxtında alınsaydı, indi postsovet məkanında baş verənproseslər olmazdı. Biz patriarxla münaqişənin həlli yollarını müzakirə etdik.Təbii ki, biz siyasətçi deyilik. Din xadimləri olaraq siyasətçilərə necə köməkedə bilərik? Bu sual ətrafında fikir mübadiləsi apardıq. Yaxın gələcəkdəpatriarx, mən və erməni katolikosu Qaregin arasında üçtərəfli görüş keçiriləbilər. Bu görüşü müzakirə etdik. Müəyyən məsələlərdə razılaşdıq. Patriarx da,mən də Qareginlə görüşlər keçirəcəyik. Gələcəkdə görüşlərin vaxtını, hansıməsələlərin müzakirə olunacağını müəyyən edəcəyik”.A. Paşazadə Kirillə görüşündə Ukraynada baş verən proseslərə də toxunduğunubildirib: "Bildiyiniz kimi, Ukraynada parçalanma baş verib. Rus pravoslavkilsəsinin konfliktin həlli istiqamətində apardığı siyasət və QafqazMüsəlmanları İdarəsinin rolu nə ola bilər, onları da müzakirə etdik”.Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda təxribat yaratmaq istəyən bəziqüvvələr var: "Rusiyanın müsəlmanlar yaşayan yerlərində, Tatarıstan,Başqırdıstan və Şimali Qafqazda da bəzi qüvvələr təxribatlar törətməkistəyirlər. Patriarxla bu barədə də fikir mübadiləsi apardıq. PatriarxAzərbaycandakı tolerantlığa mühüm önəm verir. Görəcəyimiz işlər barədə proqramhazırladıq və gələcəkdə bu proqram üzərində işləyəcəyik”.