Azərbaycan Milli Məclisinin sədri OqtayƏsədov Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası DövlətŞurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.
Milli MəclisdənAPA–ya verilən məlumata görə, görüşdə O. Əsədov Azərbaycan-Rusiya əlaqələrininyüksək səviyyədə olduğunu, əməkdaşlığın gələcəkdə də davam edəcəyini deyib.
Spiker Azərbaycanda rus dilinəyaxşı münasibətin olduğunu və ölkəmizdə rus dilində məktəblərin fəaliyyətgöstərdiyini diqqətə çatdırıb.
V. Jirinovski isəRusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez-tez yüksək səviyyəligörüşlərin keçirildiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında müxtəlifsahələrdə münasibətlərin daha da inkişafı üçün böyük imkanlar var: "Azərbaycanvə Rusiya arasında münasibətlər daha da yüksək səviyyədə olmalıdır”.
V. Jirinovski bildirib ki,Azərbaycanla Rusiya daim sadiq tərəfdaş olublar: "Bu, Heydər Əliyevinhakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə dəbelədir. Əminəm ki, bu tərəfdaşlıq daimi olacaq”.