450 milyonluq Avropa Birliyinin qanunverici orqanı sayılan Avropa Parlamenti (AP) Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi üçün dünən tövsiyə qərarı çıxarıb. Nurman-xeber.az xəbər verir ki, beynəlxalq bankçılıq məlumat sistemi SWIFT-dən Rusiyanın çıxarılması və daha çox Rusiya qazının Avropaya daşımasını nəzərdə tutan Cənub Axını qaz boru xəttinin də qadağan edilməsi gündəmə gəlib. Cənubi Axınının qadağan edilməsi xaricində, Rusiya ilə imzalanması planlaşdırılan yeni enerji razılaşmasından də imtina edilməsi tələb olunur.
AP qərarında Avropa Birliyi orqanları bu məsələdə yeni sanksiya qərarları çıxarmağa çağırılır.
Rusiyanın qaz nəhəngi «Qazprom isə bu təhdidə baxmayaraq Cənub Axını ilə əlaqədar işlərini davam etdirir.
«Nezavisimaya qəzeti» son porosesləri belə şərh edir: «Bu vəziyyətdə Avropada dağıdıcı sanksiyalar fikri ölməyib, əksinə bu cür təhdidlər gerçəyə çevrilir».
AP-nin sanksiya gücü olmayan tövsiyə qərarına, SWIFT-in sahibi olan beynəlxalq şirkətdən reaksiya gəlib. Açıqlamada AP SWIFT-in ticarət mövqeyinə zərər verməklə günahlandırılır.