Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərqi hissəsindəki gənclərə müraciət edib ki, Suriyada «İslam Dövləti» (İD) yaraqlılarına qarşı döyüşlərə qoşulsunlar. PKK sentyabrın 18-də yaydığı bəyanatda deyib ki, gənclər Suriyanın şimalın, Türkiyə ilə sərhəddəki Ayn al-Arab şəhərinə getməli və "tarixi və şərəfli müqavimətdə” iştirak etməlidir. Bu çağırışdan öncə İD yaraqlıları Ayn al-Arab ətrafındakı kürd kəndlərini tutublar. Suriyalı fəallar bildirir ki, şəhəri müdafiə edən kürd yaraqlılar İD tərəfindən artilleriya və tank atəşinə tutulub. Hələb vilayətində isə hökumət vertolyotları İD yaraqlılarının tutduğu Al-Bab şəhərinə hücum edib, azı 12 nəfər öldürülüb, onlarla adam yaralanıb.