Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Unudulmaz Elxan Məmmədli dünyası

Image


Elxan Məmmədli ilə nə vaxt, harada tanış olmağım yadıma düşmür. Elə bil ki, biz çoxdan tanış idik. Elxan olduqca sadə, ünsiyyətli, dosta sadiq, elə, obaya, xalqa, millətə bağlı bir insan idi. Folklorun bütün sirrlərinə, dərinliklərinə bələd idi. Atalar sözlərindən tutmuş aşıq yaradıcılığınadək bütün folklor nümunələri ilə yaxından tanış idi. Bütün Borçalını ev-ev, qarış-qarış gəzmişdi. Borçalı türklərinin söz xəzinəsini toplamışdı, folklora aid cild-cild kitablar hazırlamışdı. Bizim Qarayazıya, Kosalı kəndinə gəlişi əsil toy-bayrama çevrilərdi. O, böyüklə böyük, kiçiklə kiçik idi. O, bütün yaxşı cəhətlərini ailədən götürmüşdür. El ağsaqqalı, görkəmli qorqudşünas alim Hüseynqulu müəllimin ailəsində böyüyən Elxan Məmmədlinin şöhrəti bir ailəyə, bir elə-obaya, bir republikaya sığmadı: O, Azərbaycanda da, Gürcüstanda da, bütün Borçalıda da çox sevilirdi. Əziz dostum Səməndər Məmmədov Elxan Məmmədli haqqında yazılarının birində göstərir ki, hələ xalq şairi, Türk dünyasının böyük söz fatehi Zəlim­xan Yaqub sağlığında Elxan Məmmədlinin 60 illik yubiley gecə­sindəki çıxışında demişdi: “Elxan öz səsini elə səslərə qoş­du ki, ona nə ayrılıq, nə də zaman sədd, sərhəd şəkə bilmədi. Tür­küs­tanda da, Qafqazda da, İranda da, Türkiyədə də, Şərq aləmində də, Türk dünyasında da, bütövlükdə Şərqi, Qərbi qucaqlayan bö­yük dünyada da dalğalara qoşuldu Elxan səsi, şa­irlərimizin, alim­lə­rimizin, aşıqlarımızın, ozanlarımızın, ustad­­larımızın, övli­ya­la­rı­mızın, dədələrimizin təbliğatı ilə məşğul ola-ola özü də nura­ni­ləş­di, piraniləşdi, gözəlləşdi, duruldu, saflaşdı, oldu saz, oldu aşıq, oldu şair, oldu folklor­şünas. Bax, bu mənada, bunun bir səbəbi də onu yetirən, onun doğulduğu ailədi. O ailədi ki, Borçalı ziya­lı­ları­nın hamısının ocağı olub Hüseynqulu müəllimə görə. Və saçları qar kimi dümağ olan qibləgahımız, anamız Fatma xanım bu gün bu məclisdə iştirak edirsə, o deməkdir ki, bu əsərin baş qəh­rəmanı Fatma xanımdır. Ən böyük folklorşünas alim odur.”

Diplom işini nakam şair Nəbinin həyat və yaradıcılığına, namizədlik dissertasiyasını təcnis sənətkarlarına həsr etdi. “Bulaq” verlişinin aparıcı müəllifi olada biz ali məktəbdə oxuyurduq. Onun televiziyada hər çıxışı bizi feyziyab edirdi. O, sazın-sözün yorulmaz təbliğatçısı və tədqiqatçısı idi. Elxan Məmmədli Borçalıya gələndə mütləq Aşıq Aslanın və Aşıq Əlxan Qarayazlının ailəsinə baş çəkirdi, onlarda bir söz, bir folklor nümünəsi, bir saz havası “qopatmamış” əl çəkməzdi. Özü də şair təbiətli, əsil şair idi. Onun şeirlərinin mayası folklordan, obadan, xalqdan gəlirdi. Rəsmi olmasa da əslində xalq şairi idi, xalqın, elin-obanın yorulmaz şairi idi, söz ustası idi.

Elxan Məmmədli azman sənətkarlardan – Aşıq Aslan və Aşıq Əlxandan dastanlar, sözlər, şeirlər götürüb onları nəşr etdirirdi. “Koroğlunun Ağcaquzu qolu” dastanını bütün Borçalıya, Azərbaycana, Türkiyəyə yaydı.

Elxan Məmmədli Azərbaycan folkloru külliyatının XXX cildini- “Dastanlar” bölümünü (XX kitabı) 2012-ci ildə tərtib etmiş, kitabda “Aşıq Aslan Kosalının dastan repertuarından nümünələr” yazısını vermişdir. Mənə dedi dedi ki, sənin “Qarayazı ozanı” yazını burada vermək kifayətdir. Bu kitaba o, Aşıq Aslanın söylədiyi “Şahsənəm”, “Gülgəz, Tahir, Zöhrə”, “Novruz-Qəndab”, “Səyyat-Səadət”, “Aslan şahla İbrahim”, “Alıxan-Pəri”, “Valeh-Zərnigar”, “Ağcaquzu”, “Pərizad xanımın Çənlibelə gəlməsi” dastanlarını daxil etmişdi.E.Məmmədli “Aşıq Qərib – Şahsənəm” dastanını 1992-ci ildə lentə alıb. “Abbas-Gülgəz” 1989-cü ildə yazıya alıb. O bütün dastanları 1983, 2003, 2012-ci illərdə yazıya almışdır.

Aşıq Aslan Kosalının 80 illik yubileyilə əlaqədar “Borçalı” cəmiyyəti aşığın şeirlərindən və dastanlarından ibarət “Aşıq Aslanın ozan dünyası” adlı kitab nəşr etdirdi. Kitabın tərtibçisi və redaktoru bu sətirlərin müəllifi, “Borçalı aşıqları sırasında” adlı ön sözün müəllifi görkəmli alimimiz Camal Mustafayev idi. Kitaba Elxan Məmmədlinin Aşıq Aslan haqqında “Ustad görməyənin işi xam oldu” adlı yazısı daxil edilmişdir. O, bu yazısında hər bir aşığın ustaddan dərs almasını vacib hesab edir. Aşıq Aslanın “əsil ustad dərsi aldığından, mükəməl ustad-şagird ənənəsini davam etdirdiyindən bəhs edir.

“Başlıq çıxardığım bu misranı Aşıq Aslan Kosalının dilindən eşitmişəm. Əsl sənətkarın, kamil aşıqların barmaqla göstərildiyi bir zamanda tez-tez işlətməli oluruq bu ifadəni. Həqiqətən də “Mən aşığam”- deyən hər bir kəs ustaddan dərs almalıdır. Bunsuz aşıq olmaq mümkünsüzdür. Nə yazıq ki, bu gün əlinə bir saz alıb, beş-altı söz, on-on beş hava bilən cılız "aşıqlar" meydan sulamaqdadır. Aşıq Aslan Kosalı əsil ustad dərsi aldığından, mükəmməl ustad-şəyird ənənəsini mükəmməl yaşadan və ustad yolunu gözləyən sənətkarlardan biridir.

Omrünün 80 baharını yaşamış bu qüdrətli sənət adamı sənətə gəldiyi ilk günlərdən ustadı Aşıq Alxan Qarayazlının ətəyindən tutaraq çox böyük inadla, həm də yüksək məhəbbətlə aşıqlığın sirrini, sehrini öyrənməyə çalışmışdı. On ildə artıqdır ki, dünyasını dəyişmiş cənnətməkan ustadı Alxan Qarayazlını bu gün də özünə ustad hesab edən Aslan Kosalı indinin özündə də sənət üçün çalışır. Uzun illər sinəsində gəzdirdiyi zəngin folklor sərvətimizi tez-tez folklorşünaslarla bölüşür, bir-birindən gözəl xalq dastanlarımızı onlardan əsirgəmir. Heç təsadüfi deyil ki, uzun illər yaxın ünsiyyətimiz və ailəvi dostluğumuz davam edə-edə Aslan Kosalının söylədiyi, həm də çox mükəmməl söylədiyi Koroğlu dastanından iki naməlum qolu - ("Ağcaquzu" və "Pərizad xanımın Çənlibelə gəlməsi"), "Abbas-Gülgəz", “Aşıq Qərib", "Alıxan-Pəri", "Valeh-Zərnigar" kimi ölməz dastanlarmızı yazıya almış və nəşrə hazır vəziyyətə gətirmişik. Aslan Kosalıdan yazıya aldığım Koroğlunun iki qolu və "Aşıq Qərib" dastanları bir neçə ildir ki, Türkiyədə nəşr olunmuşdur

Aslan Kosalı aşıqlıq ənənəmizi layiqincə yaşadan və gələcək nəslə çatdıran kamil sənətkardır. Yaşının bu vaxtında mükəmməl yaddaşını qoruyub saxlaması, əlliyə qədər xalq dastanlarımızı, üzü Qurbanidən bu yana, hətta müasir aşıqlarımızın yaradıcılığını mükəmməl bilməsi, onu bir qüdrətli sənətkar kimi sevdirməkdədir.

Uzun illərin müşahidəsi göstərir ki, az-az aşıqlar tapılır ki, ustad yolunu Aslan Kosalı kimi gözləsin. Bəlkə də başqaları da aşıq Aslan kimi ustadını uca da tutub, onu doğma atasından, yaxın qohumlarından seçməyib. Deyə bilmərəm. Ancaq mən dəfələrlə görmüşəm ki, Aslan Kosalı toydan gəlib, qazandığı pulu stolun üstünə töküb, onu tən yarı bölərək yarısını ustadına göndərib. Ustadına onun ahıllıq və qocalıq çağlarında əslində övlad olub, onun hər bir müşgülünü özününkü hesab edib. Ona görə də ömrü boyu ruzulu-çörəkli olub Aslan Kosalı. "Ustad xeyir duvası" ifadəsi elə-belə yaranmayıb.

Aslan Kosalı çox mötəbər məclislər yola salıb. Vaxtilə rəhmətliklər Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif kimi ölməzlərimiz də qulaq asıblar onun sazına, sözünə, avazına. Aşıq Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Əhməd Sadaxlı və başqa Borçalı aşıqları ilə dönə-dönə məclislər yola verib, damla-damla, zaman-zaman el hörməti qazanıb Aslan Kosalı. Aslan Kosalı həm ifaçı-peşəkar, həm ustad, həm də yaradıcı aşıqlarımızdandır. Aşıq sənətində bu keyfiyyətləri özündə birləşdirən aşıqlarımız bu gün demək olar ki, yox dərəcəsindədir. Çox olsa bir-iki nəfər”.[1]

Digər azman sənətkarımız Aşıq Əlxanın həyat və yaradıçılığına həsr olunmuş “Təbiət Alxanı bir də yaratmaz” kitabının da tərtibçisi Elxan Məmmədlidir. “Aşıq Alxan necə var elə” adlı redaktor yazısında Elxan Məmmədli qeyd edir ki, “Alxan əmini təəssüflər olsun ki, çox gec tanıdım. Şəxsi tanışlığımızı nəzərdə tuturam. Əslində haqqında çox eşitmişdim. Ustadın əvəzsiz yetirməsi Aslan Kosalı ilə hər görüşümüzdə söhbət ancaq Alxan Qarayazılıdan gedərdi. Aslan əmi ustadından danışanda mənə elə gəlirdi ki, yəqin bir qədər mübaliğəyə yol verir, ustadı olduğu üçün belə danışır. Ancaq elə aşıq Aslan Kosalının vasitəsilə ustadın özü ilə şəxsən tanış olanda gördüm ki, yanlış fikirləşmişəm, Aşıq Alxan deyilənlərdən də çox üstün adamdır.

Ötən yüz illiyin 80-ci illərinin ortalarından başlayaraq ustadla tez-tez görüşlərimiz oldu. Onu bir sənətkar kimi də, insan kimi də, ağsaqqal kimi də yaxından tanımağa başladım.

Ustad Alxan Qarayazılının bir yüklü sənətkar kimi müqayisəyə gəlməz keyfiyyətləri - hazırcavablığı, comərdliyi, bədahətən şeir demək qabiliyyəti, zəngin dastanlarımızı, saysız-hesabsız saz havalarımızı, bir sözlə, özündən əvvəlki sənətkarların bədii irsini kamil bilməsi məni heyrətə gətirmişdi. Elə bu sadaladığım keyfiyyətlərə görə onu bu gün də heç kəslə müqayisə edə bilmirəm.

Aşıq Alxan həm də qorxmaz, heç kəsdən çəkinməz, sözünü üzə deyən, ölümdən belə çəkinməyən insan idi. Məhz onun bu keyfiyyətlərinə görə hər aşıq ustadın məclisinə baş vura bilməzdi. Aşıq Alxan məclisdə özünü Koroğlu kimi qəhrəman, haqq yolunda qan tökə bilən bir yenilməz iğid, Kərəm kimi sevgisinin dalınca çovğuna-borana düşən, hər cür çətinliyə sinə gərən bir aşiqə çevrilə bilərdi.

Aşıq Alxan Qarayazılı bir neçə aşıqların yetişməsində az zəhmət çəkməmişdi. Ancaq onu da deməyi özümə borc bilirəm deyim ki, Aşıq Alxanın ən böyük sənət əsəri bu gün ömrünün 90-cı pillələrinə qədəm qoymuş Aslan Kosalıdır. Mən bir aşıqşünas tədqiqatçı, eyni zamanda Borçalı əsilli ziyalı kimi Aslan Kosalının ustadı Alxan Qarayazılıya olan sayqı və hörməti qarşısında baş əyirəm.

Alxan Qarayazılı təkcə ifaçı, ustad aşıq deyildi. O, son dərəcə mükəmməl yaradıcılığa malık yaradıcı aşıq idi. Onun bayatı, gəraylı, təcnis, qoşma, divanı və müxəmməsləri klassik aşıq şerimizin uzun əsrlik ənənəsini yaşadan və zənginləşdirən gözəl nümunələrdir. O, həm də orijinal dastanlar müəllifi kimi də müasiri olduğu tanınmış aşıqların əksəriyyətindən yüksək bir mərtəbədə durur”.[2]

Bu kitabda da “Aşıq Alxan Qarayazılının saz-söz dünyası” adlı yazının müəllifi mənəm.

Elxan Məmmədli həmin aşıqların xeyir işlərində, yubileylərində də, şər işlərində, yas mərasimlərində də həmişə başda olub.

Bir gün Bakıda Aşıq Aslanın oğlu dostum Musa Mirzəyev bizə gəlmişdi. Gələn kimi dedi, Elxanı da tapaq. Zəng elədik, Elxan soruşdu ki, hardasınız bizə gəlin. Amma Musa dedi ki, Vahid gildəyəm, gəl görüşək. Görüşdük, bizə gəldi maraqlı söz-söhbət məclisində elat xəngəli ilə “başı xamralı” açıb yedik-içdik. Elxan o məclisi heç vaxt unutmurdu. Aya, o xəngəldən olmazdı deyirdi. Elxana Allah rəhmət eləsin, ruhu şad olsun.

Vahid Ömərov

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

“Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin

aparıcı elmi işçisi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ