Italiyanın Loreto şəhərində Roma Papası Francisin ortaya çıxan videosu ortalığı qarışdırıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, videoda onu qarşılayanların hörmət əlaməti olaraq, barmağındakı üzüyü öpməyə çalışması və Papanın əlini geri çəkib bu adamları bir-bir kənara itələməsi katolikləri ikiyə bölüb.
Papa hərəkətinin "hörmətsiz" olduğunu söyləyənlərlə, Papanın ənənələri pozaraq doğru bir hərəkət etdiyini söyləyənlər qarşı-qarşıya gəlib.