Rusiya ABŞ-ın Suriyadan tamamilə çəkiləcəyinə inanmır. Baki-xeber.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç deyib.
Qeyd edək ki, ABŞ Suriyadakı bütün hərbçilərini bu ölkədən çıxaracağını açıqlayıb.
ABŞ-ın Suriyadan çəkiləcəyi bəyanatına şübhə ilə yanaşdığını deyən Klintseviç, ABŞ-ın Suriyadan tamamilə çəkiləcəyinə inanmadığını, Suriyadakı xüsusi təyinatlılarını və hərbi hava qüvvələrini Suriyada saxlayacağını bildirib.
Klintseviç, Suriyadakı çox sayda yaraqlının ABŞ tərəfindən Əfqanıstana daşındığını ifadə edərək, Vaşinqtonun növbəti hədəfinin də bu ölkə olacağını deyib: "Demək ki Əfqanıstan artıq ana hədəf olacaq. Onlar həmçinin Əfqanıstan vasitəsilə Mərkəzi Asiya ölkələrinə də təsir göstərmək istəyirlər".
Klintseviç Rusiyanın Dəməşqlə razılaşmalara əsasən Suriyada qalacağını deyib. “Əgər amerikalılar Suriyadan çıxarsa 6 ayda terrorçuları bitirə bilərik” - Rusiya rəsmisi deyib.
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra, ölkədə siyasi həll yolu tapmaq ehtimalının artdığını bildirib.