Polis Fransanın şimalındakı Lilldə (Şimal Departamenti) qatarlardan birində terrorçunun olması barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlara görə sərnişinləri və stansiyanın əməkdaşlarını təxliyə edib.
Trend xəbər verir ki, “əməliyyat “Lill-Avropa” stansiyasında “qatarda terrorçunun olması barədə zəngdən sonra həyata keçirilir”. Bildirilir ki, söhbət Paris - Lill marşrutu üzrə gedən kompozisiyadan gedir.
Stansiyaya girişlər bağlanıb, binada xüsusi təyinatlılar işləyir.
Lil-Avropa stansiyası Fransa və Avropa yüksək sürətli xətlər şəbəkəsinə inteqrasiya olunub, Brüssel və Londona qatarlar oradan keçir.