Kəskin iqlim dəyişikliyi və şiddətli istilər nəticəsində Cənubi Avropa tarixinin ən isti həftəsini yaşayır. Anormal istilər Şimali Asiya və Şimali Amerikada da müşahidə olunur. Qərb mediasının yazdığına əsasən, dünən səhər İspaniyada termometrlər 30 dərəcədən yuxarı qalxıb, günorta saatlarında isə 40 dərəcəni keçib. İstilik dalğası günlərdir davam edir. Ölkənin bir sıra bölgələri ekstremal temperaturlar səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Anomal hava şəraitinin qismən El Nino iqlim fenomenindən qaynaqlandığı deyilir, mütəxəssislər hesab edirlər ki, əsas səbəb qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir.
Mətləb