Şimali Koreyanın son dəfə sınaqdan keçirdiyi ballisitik raketlər ABŞ-ı qorxuya salıb. Okeanın o tayında hesab edirlər ki, bu ballistik raketlər ABŞ ərazisinə çatmaq iqtidarındadır. Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda çıxış edən ABŞ Silahlı Qüvvələri Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino bildirib ki, bu raketlərin son zamanlar nümayiş etdirdiyi imkanlar, bizim hesablamalarımıza görə, onlara ABŞ-a çatmağa imkan verir: “Belə bir nüvə enerjili raketi buraxmaq imkanlarına gəlincə, biz hələ də onların bu sahədəki imkanlarını qiymətləndiririk. Bunun üçün döyüş başlığının ölçüsünü azaltmaq tələb olunur. Onların bunu edə bilib-bilməyəcəkləri məlum deyil”.
Mətləb