Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya əleyhinə kəskin fikirlər səsləndirib. Ukrayna lideri ölkəsinin rəsmi Moskva tərəfindən hər gün bombalandığını, şəhər və kəndlərin xaraba qoyulduğunu qeyd edərək, dünya birliyini Rusiya əleyhinə daha kəskin sanksiyaları işə salmağa çağırıb: "Rusiya artıq bir terror dövlətidir. Rusiya bombaları üzündən hər gün günahsız insanlar öldürülür, Ukrayna iqtisadiyyatı məhv edilir. Mən Rusiya əleyhinə daha kəskin sanksiyaları tətbiq etməyə, bu ölkə ilə bütün ticarət əlaqələrinə son verməyə çağırıram. Yalnız güclü təsirə malik sanksiyalar Rusiyanı zəiflədə bilər"-Zelenski belə deyib.
Mətləb