ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran hökumətinin yenidən əxlaq polisini küçələrə buraxmasına münasibət bildirib.
Trend xəbər verir ki, o, mətbuat konfransında iranlı qadın və qızların geyim tərzinə qarışan İran hökumətini tənqid edib, iranlı qadınların hüquqlarının tapdalandığını qeyd edib.
“İranlılar öz taleləri barədə qərar verə bilməli, qadınlar geyim tərzlərinin seçimində sərbəst olmalı və ABŞ İrana təzyiqləri artırmalıdır”, - Kirbi açıqlamasında bildirib.