NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın "Taxıl sazişi"ndən çıxmasını sərt tənqid edib. Y.Stoltenberq öz tvitter səhifəsində bu qərarın milyonlarla insanın ərzaq təhlükəsziliyinə böyük zərbə vurduğunu elan edib. O qeyd edib ki, bu addımın rəsmi Moskvanın öz maraqları üçün milyonlarla insanı aclıqla sınağa çəkmək yolu seçdiyinə tutarlı faktdır. Y.Stoltenberq BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən "taxıl sazişi"nin yenidən bərpa olunmasının həyati əhəmiyyət daşıdığını bəyan edib.
Mətləb