Ukraynanın xarici işlər naziri Dmitro Kuleba BMT-nin mənzil qərargahında jurnalistlərlə görüşüb. Ukrayna XİN rəhbəri əsasən Rusiyanın "taxıl sazişi" barədəki son qərarını şərh edib. "Rəsmi Moskvanın "taxıl sazişini"nin vaxtını uzatmadan imtina etməsi 10 milyondan çox insanın aclıqla üz-üzə qalması deməkdir. Bu təkcə Afrika qitəsindəki insanların ərzaq həyatına təsir etmıyəcək. Həm də minlərlə Ukraynalının, başqa millətlərdən olan insanların qida təhlükəsizliyini də riskə atır. Bu qərardan sonra ərzaq qiymətləri qalxacaq, insanlar aclıqla üz-üzə qalacaqlar"- Ukrayna XİN rəhbəri bəyan edib.
Mətləb