Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov müəmmalı təkliflə çıxış edib. Bu barədə baki-xeber.com Rusiya mediasına istinadən xəbər verir.
Mironov deyib ki, Ukraynadakı təkcə etnik ruslara yox, həm də özünü Rusiya ilə bağlı, əlaqəli hiss edən istənilən ukraynalıya asanlaşdırılmış şəkildə Rusiya vətəndaşlığı almaq imkanı vermək lazımdır. Mironov İsraillə müqayisə də aparıb. Deyib ki, İsrail çoxdan dünya yəhudilərinə repatriyasiya imkanı verib.
Ramil QULİYEV